Yuxarı

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

Rəsmi statistikaya görə, 10 milyon əhalisi olan Azərbaycanın 1,7 milyondan bir qədər çox vergi ödəyicisi var. Təxminən 3 milyon əhalisi olan Ermənistanda 800.000, 3,8 milyon əhalisi olan Gürcüstanda isə 1,1 milyon vergi ödəyicisi qeydə alınıb.

Bu rəqəmlər onu göstərir ki, Ermənistanda əhalinin 25 faizindən çoxu, Gürcüstanda təxminən 30 faizi, Azərbaycanda isə yalnız 17 faizi vergi ödəyicisidir.

Axar.az-ın məlumatına görə, iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a bildirib ki, Azərbaycanda vergi ödəyicilərinin faiz nisbətində qonşu ölkələrdən az olması ilk növbədə iqtisadiyyatın tərkibində neft-qaz sektorunun böyük yükə malik olmasından qaynaqlanır:

“Burada da əsas rolu iri oyunçular oynayır. SOCAR-ın bir VÖEN-i var, amma Ermənistanın bir çox şirkətindən daha böyükdür”.

İqtisadçı hesab edir ki, yaranmış vəziyyətdə iqtisadiyyatın strukturu və dövlət sektorunun böyük payı da rol oynayıb.

X.Kərimli prosesdə kölgə iqtisadiyyatının oynadığı rolu da istisna etmədi:

“Böyük gəlir əldə edən bəzi şəxslər VÖEN açmaqdan yayınır”.

Müsahibimiz qeyd edir ki, mövcud durumun yaranmasında əhalinin demoqrafik strukturu da əhəmiyyət kəsb edir:

“Yəni Gürcüstan və Ermənistandakı əhalinin pensiya yaşlı və uşaqların sayı ilə Azərbaycandakı anoloji kateqoriya arasında olan say nisbəti. Həm də Azərbaycanda qeyri-neft sahəsi Gürcüstan və Ermənistanla müqayisədə pis inkişaf edib”.

Tarix
2026.06.25 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla