Yuxarı

BTC-nin operatorluğu SOCAR-a təhvil verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BTC-nin operatorluğu SOCAR-a təhvil verildi

Bu gün Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsi münasibətilə tədbir keçirilib.

Bu barədə Axar.az-a SOCAR-dan məlumat verilib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tədbirdə çıxış edərək ötən 20 il ərzində BTC-nin uğurlarından, layihənin beynəlxalq əhəmiyyətindən, şirkətin uzunmüddətli səmərəli operatorluq rolundan bəhs edib, SOCAR-ın boru kəmərinin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat mükəmməlliyi sahəsində mövcud yüksək standartları uğurla davam etdirəcəyinə əminliyini ifadə edib, SOCAR və digər tərəfdaşlarla sıx və uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndiriləcəyini bildirib.

BTC boru kəmərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf BTC-nin Xəzər regionunu Qara dəniz hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırdığını və Xəzərin enerji resurslarının beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişdirdiyini qeyd edib. BTC üzrə operatorluğun, eləcə də BTC və CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a keçməsinin Azərbaycanın enerji sektorunun inkişafında növbəti mühüm mərhələ olduğunu deyən R. Nəcəf bu mühüm hadisənin SOCAR-ın otuz ildən artıq müddətdə formalaşdırdığı zəngin əməliyyat təcrübəsini və peşəkar imkanlarını nümayiş etdirdiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında son 20 il ərzində BTC boru kəmərinin Azərbaycanın enerji sektorunun inkişafı ilə yanaşı, ölkəmizin dayanıqlı iqtisadi tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. BP-nin son iki onillik ərzində BTC boru kəmərinin operatoru qismində uğurlu fəaliyyətini qeyd edən nazir müavini boru kəməri üzrə operatorluğun SOCAR-a keçməsinin Azərbaycanda uzun illər ərzində beynəlxalq tərəfdaşlıq mühitində formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi nəticəsi olduğunu vurğulayıb.

BTC-nin regional əməkdaşlığın və etibarlı beynəlxalq tərəfdaşlığın rəmzi kimi xüsusi əhəmiyyət daşıdığını söyləyən energetika nazirinin müavini Kamal Abbasov layihənin dəyərinin təkcə ötən 20 il ərzində nəql olunan neft həcmləri ilə ölçülmədiyini, eyni zamanda region ölkələri, şirkətlər və xalqlar arasında formalaşdırdığı etimad, əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq münasibətlərində də öz əksini tapdığını diqqətə çatdırıb.

BP-nin Boru kəmərləri əməliyyatları üzrə meneceri, veteran neftçi Elxan Sultanov isə çıxışında BTC layihəsinin ilk dövrlərindən etibarən bu prosesin iştirakçısı olduğunu bildirərək, bu strateji layihə üzrə operatorluğun SOCAR-a keçdiyi mərhələdə onun uğurlu fəaliyyətinə töhfə verməyə davam etməkdən məmnunluğunu ifadə edib. E. Sultanov boru kəmərinin təhlükəsiz, etibarlı və səmərəli istismarının təmin olunmasının əsas prioritetlərdən olduğunu bildirib.

Sonra R. Nəcəf və C. Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.

Tarix
2026.07.02 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla