Yuxarı

Azərbaycanda niyə 3 manatlıq yoxdur?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda niyə 3 manatlıq yoxdur?

Milli valyutanın nominalları müəyyən edilərkən təkcə iqtisadi deyil, həm də ciddi riyazi və psixoloji amillər əsas götürülür.

Axar.az xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da pul nişanlarının strukturu "1-2-5" prinsipinə (və ya binary-decimal sisteminə) söykənir. Bu sistem minimum sayda əsginasdan istifadə etməklə istənilən məbləği ən optimal və sürətli şəkildə formalaşdırmağa imkan verir.

Görəsən, niyə milli pul vahidi arasında “3 manatlıq” yoxdur?

Azərbaycan Mərkəzi Bankından "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, qurum nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır:

“Pul nişanlarımızın nominal strukturuna dəyişikliklərin edilməsi və yeni nominalın tədavülə buraxılması üzrə təkliflə bağlı bildiririk ki, Mərkəzi Bank ölkədə nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır, bu istiqamətdə mütəmadi təhlillər həyata keçirir, dünya təcrübəsini yaxından izləyir və vətəndaşların fikirləri öyrənilir.

Mərkəzi Bank son dövrlərdə pul nişanlarımızın nominal strukturunun beynəlxalq metodologiya əsasında təhlilini həyata keçirmiş və mövcud nominal strukturun ölkədə nağd pul nişanlarının ödəniş vasitəsi kimi istifadəsində, hesablaşmalarda və eləcə də qiymətəmələgəlmədə öz aktuallığını qoruduğu müəyyən edilib.

Bu istiqamətdə aparılacaq gələcək qiymətləndirmələrdə vətəndaşların müraciətləri daim diqqətdə saxlanılacaq və məsələ ilə bağlı hər hansı dəyişikliklər olarsa, bu barədə ölkə ictimaiyyəti müvafiq şəkildə məlumatlandırılacaqdır”.

Tarix
2026.07.11 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qanunsuz əməllərin qarşısı belə alınır

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla