Yuxarı

Ehtiyatlarımız artır: bəs niyə iyunda 2,7 milyard azalıb?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ehtiyatlarımız artır: bəs niyə iyunda 2,7 milyard azalıb?

Azərbaycanın strateji valyuta ehtiyatlarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunur. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard dollara yaxındır. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz çoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.

O, ötən illə müqayisəyə baxmayaraq, iyun ayında ölkənin strateji valyuta ehtiyatları 2,67 milyard ABŞ dolları azalmanı bu cür izah edib:

“Təbii ki, bu rəqəmdə müəyyən dəyişikliklər də müşahidə edilir. Çünki bir tərəfdən Dövlət Neft Fondu qızıl ehtiyatlarının bir hissəsini ixrac etdi. Fond daha çevik investisiya alətlərindən istifadə etməyə üstünlük verir. Eyni zamanda qeyri-neft ixracında qızılın payının artması da Dövlət Neft Fondunun qızıl satışları ilə bağlıdır ki, bu da strateji valyuta ehtiyatlarının həcminə müəyyən təsir göstərir”.

Deputatın sözlərinə görə, enerji resurslarının qiymətlərinin yüksək olduğu dövrlərdə strateji valyuta ehtiyatlarında artım müşahidə olunur:

“Dövlət Neft Fondu tərəfindən çevik qərarların qəbul edilməsi nəticəsində vəsaitlərin bir aktivdən digərinə yönəldilməsi həyata keçirilir. Bu halda texniki baxımdan valyuta ehtiyatlarının strukturunda müəyyən dəyişikliklər baş verir.

Amma bütövlükdə tendensiya müsbətdir və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın strateji valyuta ehtiyatlarında artım qeydə alınıb”.

Tarix
2026.07.13 / 15:07
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla