Yuxarı

Bu bankın nağd vəsaitləri 28 faizdən çox azaldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankın nağd vəsaitləri 28 faizdən çox azaldı

2026-cı ilin birinci yarısında “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28,2% azalıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bankın nağd vəsaitləri 2025-ci il iyunun 30-na olan 19 milyon 924,38 min manatdan 2026-cı il iyunun 30-na 14 milyon 313,41 min manata düşüb.

Hesabat dövründə maliyyə qurumunun cəmi aktivləri 7,3% artaraq 814 milyon 842,77 min manatdan 874 milyon 524,78 min manata yüksəlib.

Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 490 milyon 693,03 min manatdan 513 milyon 626,03 min manata çatıb.

Bununla yanaşı, fiziki şəxslərin depozitləri 6,1% azalaraq 20 milyon 427,13 min manatdan 19 milyon 189,92 min manata enib. Hüquqi şəxslərin depozitləri isə 33% azalaraq 95 milyon 48,58 min manatdan 63 milyon 747,62 min manata düşüb.

Eyni zamanda, fiziki şəxslərin müddətli depozitləri 2,5% azalaraq 293 milyon 176,20 min manatdan 285 milyon 745,23 min manata enib. Hüquqi şəxslərin müddətli depozitləri isə 76,7% artaraq 82 milyon 41,11 min manatdan 144 milyon 943,27 min manata yüksəlib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz xərcləri 34%, faiz gəlirləri isə 24% artıb. Beləliklə, faiz xərclərinin artım tempi faiz gəlirlərinin artım tempini üstələyib.

Bankın hesabların aparılması üzrə komissiya gəlirləri 16% azalaraq 1 milyon 535,83 min manatdan 1 milyon 288,51 min manata enib.

Hesabat dövründə bankın qeyr-faiz xərcləri 13% artaraq 12 milyon 707,55 min manatdan 14 milyon 353,46 min manata yüksəlib.

Bütün bunların fonunda 2026-cı ilin birinci yarısında “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artaraq 2 milyon 861,66 min manatdan 3 milyon 444,28 min manata çatıb. Bank mənfəətindən 864,31 min manat vergi ödəyib.

Tarix
2026.07.16 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla