Yuxarı

Neft 45 dollara düşsə, Azərbaycanın balansı... - Sədr

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft 45 dollara düşsə, Azərbaycanın balansı... - Sədr

Son 20 il ərzində təkcə 2020-ci ildə neftin orta illik qiyməti 42 dollar olub. Yəni, ondan aşağı olmayıb. Neftin qiyməti qısa müddətə aşağı düşən kimi həm vətəndaşlar, həm də biznes nümayəndələri dərhal narahat olurlar. İl ərzində neftin qiyməti 0-a da düşə bilər, 200-ə də qalxa bilər. Əsas bizə vacib olan göstərici orta illik qiymətdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində deyib.

AMB sədri əlavə edib ki, neftin orta illik qiyməti 45 dollar olsa belə, bugünkü hasilat həcmlərini də nəzərə alsaq, bizim cari əməliyyatlar balansımız profisitlidir:

"Hazırda büdcədə neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində təsdiq edilib. Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1.4 milyard manat təsir edir.

Azərbaycanın bugünkü büdcə həcmi üçün bu böyük rəqəm deyil. Yəni hansısa xərclərimizi azaldaraq və ya hansısa investisiya layihələrimizi, əsaslı xərclərimizi növbəti ilə keçirməklə biz rahatlıqla potensial yarana biləcək təsirlərin, mənfi təsirlərin qarşısını ala bilərik. Nə cari əməliyyatlar balansında, nə büdcədə neftin qiymətinin azalmasında böyük problem görmürük".

Tarix
2026.07.29 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla