Yuxarı

AMB-dən uçot dərəcəsi ilə bağlı qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMB-dən uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb. Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir", - AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat sentyabrın 23-də ictimaiyyətə açıqlanacaq.

Tarix
2026.07.31 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla