Yuxarı

Dolları daha çox fiziki şəxslər satır - Baş bankir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dolları daha çox fiziki şəxslər satır - Baş bankir

Azərbaycanın nağd valyuta bazarında ABŞ dollarını daha çox fiziki şəxslər satırlar.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"2021-ci ildə Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 60%-dən çox olsa da, hazırda 25%-ə düşüb, yəni təxminən 30 faiz bəndi azalıb. Digər tərəfdən, görürük ki, əmanətlər, xüsusilə də manat əmanətləri artır. Bunu ona görə vurğulayıram ki, nəğd valyuta bazarında dolları daha çox fiziki şəxslər satırlar. Bəzi ekspertlər bunu əhalinin real gəlirlərinin azalması ilə əlaqələndirirlər və hesab edirlər ki, insanlar bu səbəbdən yastıq altında saxladıqları valyutanı satırlar. Bu, mümkün izahlardan biri ola bilər. Ancaq biz başqa tendensiyanı da müşahidə edirik: həm nağd bazarda əhali valyuta satır, həm də əvvəlki illərlə müqayisədə manat əmanətlərində kəskin artım qeydə alınır.

Təkcə manat əmanətləri deyil, unikal əmanətçilərin sayı da artır. Əgər 2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər idisə, bu ilin iyun ayının sonuna həmin göstərici 220 minə çatıb. Beləliklə, təxminən iki il yarımda bu rəqəm demək olar ki, iki dəfə artıb. Yəni bu prosesə təsir edən bir neçə amil var. Valyuta bazarına gəldikdə, bildiyiniz kimi, idxalın həcmi azalıb. Bu da təbii olaraq valyuta bazarında tələbə azaldıcı təsir göstərir", - deyə o qeyd edib.

Tarix
2026.07.31 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla