Yuxarı

Manatın möhkəmlənməsi bunu azaldır - Sədr

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatın möhkəmlənməsi bunu azaldır - Sədr

Azərbaycan manatının möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanı azaldır.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Sözsüz ki, inflyasiyanı proqnozlaşdırarkən proqnozlarımızı bir neçə amil üzərində qururuq və bunun nəticəsi olaraq da hazırkı şəraitdə nikbin proqnozlar veririk. İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. Bu baxımdan əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyirik. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir.

Çox sadə dillə desək, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda dollar indeksi də möhkəmlənir. Dollar indeksinin möhkəmlənməsi isə o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80%-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür", - deyə o qeyd edib.

Tarix
2026.07.31 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirilir - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla