Yuxarı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 milyarda çatdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 milyarda çatdı

Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17.3 faiz artaraq 9 milyard 902 milyon manata çatıb.

Axar.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu məbləğin 8 milyard 575 milyon manatı, yaxud 86.6 faizi elektron ticarətin payına düşüb.

Məlumata görə, iyun ayında nağdsız ödənişlərin 1 milyard 325 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən etibarən ödəniş kartları ilə ölkədaxili nağdsız əməliyyatların məbləği bütün kart əməliyyatlarının ümumi həcminin 69.8 faizini təşkil edib.

Bu il iyulun 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 798 min ədədə çatıb. Bu göstərici aylıq müqayisədə 0.1 faiz azalsa da, ilin əvvəli ilə müqayisədə 3.7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.4 faiz artıb.

Son bir ildə debet kartlarının sayı 12 faiz artaraq 20 milyon 753 minə yüksəlib. Kredit kartlarının sayı isə 3.4 faiz azalaraq 2 milyon 45 min təşkil edib.

İyun ayında debet kartları üzrə dövriyyə 13 milyard 786 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13.5 faiz çoxdur. Kredit kartları üzrə dövriyyə isə 746 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,8 faiz azdır.

Hesabat dövründə ölkədə bankomatların sayı 4.4 faiz artaraq 3 591-ə çatıb. Onlardan 1 940-ı Bakıda yerləşir. POS-terminalların sayı isə 16.9 faiz artaraq 163 min 341 olub. Bunların 102 min 102-si paytaxtın payına düşür.

Qeyd edək ki, hazırda dünyada ən geniş istifadə olunan beynəlxalq kart ödəniş sistemləri "Visa International", "Mastercard International", "American Express", "Diners Club International" və "JCB Card" hesab olunur. Bu ödəniş sistemləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Tarix
2026.08.01 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla