Yuxarı

Nağd pulun həcminin kəskin artmasının səbəbi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nağd pulun həcminin kəskin artmasının səbəbi...

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 52,924 milyard manat təşkil edib.

Axar.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 4,5 milyard manat və ya 9,2% çoxdur.

Bundan başqa, 2026-cı ilin iyulun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 43,254 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən isə 6,4 milyard manat və ya 17,5% çoxdur.

Həmçinin hesabat dövründə tələbli depozitlər (M1 pul aqreqatı) üzrə göstərici 33,632 milyard manata bərabər olub. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən isə 4,2 milyard manat və ya 14,3% çoxdur.

Eyni zamanda, bu ilin iyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,995 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat 15% çoxdur.

Azərbaycan Mərkəzi Bankı (AMB) pul dövriyyəsinin səmərəliliyinin artırılması və milli valyutanın inkişafı istiqamətində bir sıra tədbirləri davam etdirir. AMB-nin baş direktoru Rəşad Məmmədov Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə nağd pul maliyyə sisteminin mühüm elementi olaraq qalır və Mərkəzi Bank bu sahədə balanslı siyasət həyata keçirir.

Onun sözlərinə görə, əsas prioritetlər nağd pula əlçatanlığın təmin edilməsi, nağd pul dövriyyəsinin optimallaşdırılması, milli pul nişanlarının müasir təhlükəsizlik elementləri ilə yenilənməsi, ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi və bank sektoru ilə əməkdaşlığın genişləndirilməsidir.

R.Məmmədov qeyd edib ki, Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının hazırlanması istiqamətində də iş aparır.

"2024-cü ildə yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib və növbəti mərhələdə pul nişanlarının dizaynı və təhlükəsizlik sistemlərinin hazırlanması nəzərdə tutulur", - deyə o bildirib.

Tarix
2026.08.04 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla