Yuxarı

Azərbaycanda bu qazın hasilatında kəskin artım

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu qazın hasilatında kəskin artım

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında 7,864 milyard kubmetr həcmində səmt qazı (neft yataqlarının qazı) hasil edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 477,3 milyon kubmetr və ya 6,5% çoxdur.

Sözügedən həcmin 2,531 milyard kubmetri əmtəəlik qazın payına düşüb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 466,05 milyon kubmetr və ya 22,6% çoxdur.

Ümumilikdə, qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25,180 milyard kubmetr təbii qaz hasil edilib.

Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 190,8 milyon kubmetr və ya 0,8 faiz artıb.

Ötən ilin yanvar-iyun aylarında ölkədə təbii qaz hasilatı 24,989 milyard kubmetr təşkil edib.

Hesabat dövründə 19,551 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 209,2 milyon kubmetr və ya 1,1 faiz çoxdur.

Ötən ilin yanvar-iyun aylarında ölkədə 19,342 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.

Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,0 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz azalıb.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 6 ayında Azərbaycandan 4,106 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 436,5 milyon ABŞ dolları və ya 9,6% azalıb, həcmi isə 65,8 milyon ton və ya 0,5% artıb.

Qaz hasilatının artması fonunda Azərbaycan beynəlxalq enerji bazarlarında etibarlı təchizatçı mövqeyini daha da möhkəmləndirir. Bir sözlə, Azərbaycanın təbii qaz ixracının coğrafiyası da genişlənməkdə davam edir.

Tarix
2026.08.04 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla