Yuxarı

Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…

İqtisadçı, sabiq deputat Vahid Əhmədovun açıqlaması müzakirələrə səbəb olub. O bildirib ki, pensiya sistemində dəyişikliklərə ehtiyac var.

Sitat: “İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyir və onların fərdi hesablarında vəsait toplanır. Elə şəxslər var ki, həmin hesabda 200-400 min manat vəsait formalaşıb. Hesab edirəm ki, onlar pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını qarşılamaq üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına topladığı vəsaitdir”.

Bu təklifin həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarına uyğundurmu?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimlinin fikrincə, pensiya sistemində hərtərəfli islahatların keçirilməsi məqsədəuyğun olardı:

“Vahid Əhmədovun qeyd etdiyi məsələlərin həyata keçirilməsi, hesab edirəm ki, ölkəmizdə özəl pensiya fondlarının fəaliyyəti mümkün olduqdan və onlar fəaliyyətə başladıqdan sonra reallaşa bilər. Həmin məsələlər də məhz o zaman öz həllini tapa bilər. Əlbəttə ki, kimin sığorta pensiyası kapitalı daha yüksəkdirsə, o şəxs daha yüksək pensiya ala bilər. Bildiyiniz kimi, bizdə sosial sığorta sistemində daha yüksək pensiya kapitalı toplayan şəxs, bir qayda olaraq, daha yüksək pensiya alır”.

İqtisadçı deyib ki, Vahid Əhmədovun qeyd etdiyi məsələyə gələcəkdə baxıla bilər:

“Beynəlxalq təcrübədə də, əsasən Türkiyədə, bəzən belə hallara rast gəlinir ki, insanlar pensiya kapitalının müəyyən hissəsini əvvəlcədən, birdəfəlik götürmək imkanına malik olurlar. Gələcəkdə Azərbaycanda da belə imkanların yaradılması mümkündür. Hazırda isə mövcud pensiya sistemində bunun həyata keçirilməsi nəzərdə tutulmur”.

Tarix
2026.08.08 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla