Yuxarı

Ukrayna Azərbaycan üçün yalnız alıcı deyil, həm də... - Us

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Azərbaycan üçün yalnız alıcı deyil, həm də... - Us

Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün Ukrayna və Azərbaycan arasında əməkdaşlıq potensialı çox yüksəkdir.

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a açıqlaması zamanı ukraynalı ekspert İvan Us söyləyib.

Ekspertin sözlərinə görə, Azərbaycan, xüsusən də qış dövründə və digər ərazilərin təchizatında yaranan fasilələr zamanı vacib təchizatçıya çevrilə bilər.

“Ukrayna yalnız alıcı deyil, həm də Mərkəzi və Şərqi Avropaya gedən yolda Azərbaycan qazının saxlanması və paylanması üçün regional mərkəz kimi çıxış edə bilər. Bu, böyük layihə ola bilər. Ukraynanın idxal tələbatının bir neçə milyard kubmetr olduğunu nəzərə alsaq, ildə 1 və ya 2 milyard kubmetr qaz belə diqqətəlayiq olardı”, - deyə İvan Us əlavə edib.

Ukraynalı ekspert hesab edir ki, orta müddətli perspektivdə Trans-Balkan Dəhlizi ölkələri olan Azərbaycan, Ukrayna və Türkiyə uzunmüddətli müqavilələr bağlasalar və marşrutun tutumunu genişləndirsələr, effektivlik yüksək ola bilər:

“Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) ssenarisi Türkiyədən Bolqarıstana, Rumıniyaya və Ukraynaya qədər davam edərsə - bu seçim daha cəlbedicidir”.

Tarix
2026.08.17 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla