Yuxarı

Bitkoin ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bitkoin ucuzlaşdı

Bitkoinin qiyməti 78 min dollara düşüb.

Axar.az xəbər verir ki, hazırda dünyanın əsas kriptovalyutasının qiyməti 78 min 139 dollardır.

Ötən həftə son üç ilin ən güclü həftəlik qazancını göstərən kriptovalyutanın qiyməti satışların artması səbəbindən 81 min dollar səviyyəsindən aşağı enib. ABŞ-da uzunmüddətli istiqraz alışlarının ikiqat artırılacağı ilə bağlı açıqlamadan sonra Bitkoin təxminən 22 faiz dəyər qazanmışdı.

Analitiklər bildirirlər ki, Yaxın Şərqdə gərginliyin qismən yumşaldılması, neft qiymətlərinin aşağı düşməsi və ABŞ istiqraz gəlirlərinin azalması Bitcoinin qiymətindəki rallinin sürətini bir qədər yavaşladıb.

Spot Bitkoin fondlarına isə 314 milyon dollar xalis axın olub və bu, ardıcıl beşinci ticarət günüdür ki, axınlar 300 milyon dolları keçib.

Lakin, texniki göstəricilər həddindən artıq əməliyyatı işarə etsə də, ekspertlər davamlı artım üçün spot ticarət həcmlərinin güclənməsinin vacibliyini qeyd edirlər.

Tarix
2026.08.26 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla