Yuxarı

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət büdcəsinin gəlirləri açıqlandı

2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 486.5 milyon manat təşkil edib ki, bu da proqnozu 780.2 milyon manat və ya 3.0 faiz üstələyib:

"Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 619.1 milyon manat təşkil edərək proqnozdan 900.1 milyon manat və ya 7.7 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37.7 milyon manat təşkil edərək proqnozdan 7.3 milyon manat və ya 23.8 faiz, sair daxilolmalar 462.5 milyon manat təşkil edərək proqnozdan 77.1 milyon manat və ya 20.0 faiz çox olub.

Dövlət Neft Fondundan transfert isə 8 559 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 326.9 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481.3 milyon manat icra olunub.

Yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 770.6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 462.5 milyon manat və ya 2.1 faiz çoxdur.

2026-cı ilin yanvar-avqust ayları ərzində icmal büdcənin gəlirləri 32 799.6 milyon manat, xərcləri isə 26 967.5 milyon manat məbləğində icra edilib.

Tarix
2026.09.08 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla