Yuxarı

Azərbaycan Rusiyadan buğda tədarükünü 6 dəfə artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiyadan buğda tədarükünü 6 dəfə artırdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 143,457 milyon ABŞ dolları dəyərində 631 min 686 ton buğda gətirilib.

Axar.az xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4% çox, kəmiyyət olaraq – 2,3% azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 115,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,6 dəfə çox) 505 min 999 ton (+5,8 dəfə), Qazaxıstandan 28,18 milyon ABŞ dolları dəyərində (-76%) 125 min 685 ton (-77,5%), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87,2%) 1,6 ton (-81,3%) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.

Təkcə iyulda Azərbaycan 46 633 min ton, o cümlədən Rusiyadan 42 min 144 ton buğda idxal edib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 5,8% və 59% çoxdur.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26%-i Qazaxıstanın, 47,73%-i Rusiyanın payına düşüb.

Tarix
2026.09.16 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla