Yuxarı

Terim Osimhen, İkardi və Leao haqda nə düşünür?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terim Osimhen, İkardi və Leao haqda nə düşünür?

“Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fateh Terim komandanın ulduz futbolçuları Viktor Osimhen, Mauro İkardi və Rafael Leao haqqında fikirlərini bölüşüb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Terim “Qalatasaray”ın heyətini yüksək qiymətləndirərək Osimheni dünyanın ən yaxşı hücumçuları sırasında göstərib. O, nigeriyalı forvardın fiziki gücü, elastikliyi və qol vurmaq bacarığı ilə fərqləndiyini bildirib.

“Osimhen dünyanın ən yaxşıları arasındadır. Mən onun daha yuxarıda olmalı olduğunu düşünürəm. O, dünyanın ən yaxşı 9 nömrələri arasındadır. Bu boya və fizikaya baxmayaraq, röveşata ilə qol vurması onun nə qədər fərqli futbolçu olduğunu göstərir. Uzun addımları ilə rəqibdən əvvəl topa çatır”, - deyə Terim qeyd edib.

Təcrübəli mütəxəssis Osimhenin mübarizə gücünə və qolçuluq xüsusiyyətlərinə də diqqət çəkib. Onun sözlərinə görə, nigeriyalı hücumçu ən gözlənilməz vəziyyətlərdə belə qol vura bilir.

Terim Mauro İkardi barədə də yüksək fikirlər səsləndirib. O, argentinalı futbolçunun yalnız məhsuldar hücumçu olmadığını, həm də oyun zəkası və texniki imkanları ilə komanda yoldaşlarına fürsətlər yaratdığını vurğulayıb.

“Mauro İkardi… Onun haqqında danışmağa ehtiyac varmı? Bu qədər ağıllı, texnikası və keyfiyyəti yüksək olan hücumçu hər kəsin arzusudur. Qolçuluq ayrı xüsusiyyətdir, amma o, həm də futbolçudur. Özü də daxil olmaqla hər kəsə qol vəziyyəti hazırlayan oyunçudur”, - deyə Terim vurğulayıb.

“Qalatasaray”ın yeni transferlərindən Rafael Leao haqqında danışan Terim isə portuqaliyalı vingerin sürətini və fərdi bacarığını xüsusi qeyd edib:

“Rafael Leaonun möhtəşəm çevikliyi və sürəti var. Rəqibini keçə bilir, güclüdür. Mənim komandamda olsaydı, yaxşı və ya pis oynamasından asılı olmayaraq, daim meydana buraxacağım futbolçulardan biri olardı”.

Fateh Terim həmçinin “Qalatasaray”ın heyətində Lukas Torreyra, Letoroy Sane, Mario Lemina, Abdulkərim Bardakçı və Davinson Sançes kimi futbolçuların olduğunu, qapıçı Uğurcan Çakırın da Avropa səviyyəsində transfer olduğunu vurğulayıb.

Tarix
2026.09.19 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla