Yuxarı

Ekspert: “Neft bahalaşsa da…”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valyuta bazarındakı növbəti dəyişikliklər Dövlət Neft Fondu və Mərkəzi Bankın birbaşa hərraca nə qədər valyuta çıxarmasından asılı olsa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Onun sözlərinə görə, Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq:

"Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondunun büdcəyə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi. Ancaq nəzərdə tutulan məbləğin hamısı büdəcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyil. Bu baxımdan valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca DNF və MB-nin nə qədər valyuta çıxarmasından asılı olsa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil".

Ekspertin fikrincə, ilin sonuna doğru idxalın həcminin artacağı və eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq:

"Neftin dünya bazar qiyməti isə psixoloji təsirlərə baxmayaraq, hər barrel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir".

Tarix
2016.10.21 / 12:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla