Yuxarı

Ərəbistan neft razılaşmasına ümid edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəbistan neft razılaşmasına ümid edir

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEK-in noyabrın sonlarında keçiriləcək toplantısında neft istehsal edən ölkələrin ümumi razılığa gələcəyinə ümid edir.

APA-nın "RİA Novost"i agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının energetika naziri rusiyalı həmkarı Aleksandr Novakla görüşdə deyib ki, Səudiyyə Ərəbistanı neft bazarının stabilləşdirilməsi niyyətindədir və Səudiyyə Ərəbistanı ilə Rusiyanın bəyan etdiyi mövqe neft bazarı üçün müsbət mesajdır.

Qeyd edək ki, OPEK-in sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel həcmində məhdudlaşdırılması razılaşdırılıb. Lakin hər bir ölkə üçün konkret limitə dair razılaşma hələ əldə olunmayıb.

Yekun qərar OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi toplantısında qəbul edilməlidir. OPEK neft bazarında stabilləşmə ilə bağlı tədbirlərə Rusiya, Azərbaycan və digər neft hasil edən ölkələrin də qoşulmasını istəyir.

Tarix
2016.10.23 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla