Yuxarı

Azərbaycan, Ermənistan və Gürcüstanda inkişaf tempi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan, Ermənistan və Gürcüstanda inkişaf tempi...

Dünya Bankı Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı iqtisadi artım proqnozunu yeniləyib.

Axar.az xəbər verir ki, DB mütəxəssisləri Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını artırıblar. Onların hesablamalarına görə, Ermənistan iqtisadiyyatı bu il 5,6%, 2027-ci ildə 5,3%, 2028-ci ildə 5,1% artacaq.

Ümumilikdə, Cənubi Qafqaz regionunda artımın əsas hərəkətverici qüvvəsi xidmət sektoru olaraq qalır və Ermənistan iqtisadiyyatının inkişafı mənzil və infrastruktur tikintisinin aktiv artımı ilə bağlıdır.

DB ekspertləri Azərbaycanla bağlı bundan öncə elan etdikləri proqnozu azaldıblar. Belə ki, Azərbaycanın iqtisadi inkişafının 2026-cı il üçün 1,2%, 2027-ci ildə 1,8%, 2028-ci ildə isə 1,9% olacağı gözlənilir.

Bu, neft sektorunda davam edən struktur geriləmə və qeyri-neft sektorunun gözləniləndən daha passiv inkişafı səbəbindən dövlət kapital xərclərinin azalması ilə izah edilib.

Gürcüstan bu il Cənubi Qafqazda ən yüksək iqtisadi artım tempini qoruyub saxlayacaq: 7%-ə yaxın. Dünya Bankı 2027-ci ildə Gürcüstan iqtisadiyyatının 5,5%, 2028-ci ildə isə 5% artacağını ehtimal edir.

Tarix
2026.10.09 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla