Yuxarı

Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz alacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz alacaq

Slovakiya Rusiyadan qaz idxalının dayandırılması planı fonunda Azərbaycan, Əlcəzair və ABŞ-dən ildə təxminən 1 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə imzalamaq imkanlarını araşdırır.

Axar.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib.

Nazirin sözlərinə görə, ölkəyə 2027-ci ilin sentyabrından etibarən yeni qaz tədarükü müqaviləsi lazım olacaq. Mümkün təchizatçılar sırasında Azərbaycan, Əlcəzair və ABŞ nəzərdən keçirilir.

Sakova qeyd edib ki, Slovakiyanın dövlətə məxsus əsas qaz təchizatçısı SPP-nin anbarlarında 17,5 teravatt-saat qaz ehtiyatı mövcuddur. Bu həcm ölkənin illik qaz istehlakının təxminən 35 faizinə bərabərdir və qarşıdan gələn istilik mövsümü üçün ehtiyatların formalaşdırılmasına imkan verir.

Avropa Birliyini planına əsasən, Rusiya qazının idxalına qoyulacaq məhdudiyyətlərin 2027-ci ildə qüvvəyə minməsi gözlənilir. Bu şəraitdə Slovakiya alternativ təchizat mənbələri axtarır.

Qeyd edək ki, Azərbaycandan qaz alan ölkələrin 10-u Avropa Birliyinin üzvüdür. Ümumi ixrac coğrafiyası isə Türkiyə, Gürcüstan və Suriya da daxil olmaqla 16 ölkəni əhatə edir. Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib.

Tarix
2026.10.09 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla