Yuxarı

Sürücülər PA-nın qarşısına toplaşdı - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır tonnajlı yük maşınlarının sürücüləri bu gün Prezident Administrasiyasının önündə aksiya keçiriblər.

"Axar.az" "Azadlıq.org"a istinadən xəbər verir ki, aksiyaya səbəb yol polisi və Nəqliyyat Nazirliyi əməkdaşlarının onlara qarşı keçirdiyi reydlərlə bağlıdır. Sürücülər yükdaşıma ilə bağlı məhdudiyyətlərə etiraz edirlər:

"Dövlətin verdiyi texniki pasportlarda 35-55 ton yükdaşınmaya icazə verildiyi halda bizim yük avtomobillərimizdə 32 tondan artıq yük olduqda 600-1400 manat cərimə yazılır. Yük maşınlarını kredit və lizinq yolu ilə aldığımızdan, işimizi 32 ton yükdaşıma ilə davam etdirəcəyimiz halda kredit faizlərini verə bilməyəcəyik. Bu da bizim girov qoyulan ev və digər əmlakımızın müsadirə olunması ilə nəticələnəcək. Bu da minlərlə ailənin evsiz-eşiksiz, ac-yalavac qalmasına səbəb olacaq".

Bu səbəbdən də sürücülər bu qaydalara aidiyyəti qurumların diqqət yetirməsini, onlara normal iş şəraiti yaradılması və maaşlarının vaxtında verilməsini tələb ediblər.

Sürücülərin şikayətini Prezident Administrasiyasında dinləyiblər və onlara Nəqliyyat Nazirliyinə getməyi məsləhət görüblər.

Tarix
2014.03.12 / 14:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla