Yuxarı

SOCAR-ın İtaliyada yanacaq qiymətləri ilə bağlı qərarı...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın İtaliyada yanacaq qiymətləri ilə bağlı qərarı...

SOCAR İtaliyada benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artımını məhdudlaşdırmaq məqsədilə həyata keçirdiyi tədbirlərin detallarını açıqlayıb.

SOCAR-dan Axar.az-a bildirilib ki, şirkət 27 sentyabr 2026-cı il tarixində bu barədə qərar elan edib.

“27 sentyabr 2026-cı il tarixində SOCAR İtaliya bazarında satılan benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artımını məhdudlaşdırmaq barədə qərarını elan edib. Şirkətin illər ərzində etimad, şəffaflıq və əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurduğu tərəfdaşlarını və pərakəndə satış operatorlarını dəstəkləmək məqsədilə mexanizm ilkin olaraq IP ("Italiana Petroli") brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsindən başlayaraq mərhələli şəkildə tətbiq edilir”, - SOCAR-dan bildirilib.

Qeyd olunub ki, qiymət səviyyələri minlərlə operatordan ibarət təchizat zəncirinin və paylama şəbəkəsinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə müxtəlif ehtiyaclar nəzərə alınmaqla müəyyən edilir.

Şirkətdən o da bildirilib ki, bu qərar SOCAR-ın İtaliya hökumətinin əhalinin və biznes subyektlərinin dəstəklənməsi ilə bağlı çağırışına uyğun olaraq qəbul edilib. Belə ki, qlobal təchizat zəncirlərinə təsir göstərən ciddi qeyri-sabitlik şəraitində İtaliyada əhali və biznes subyektləri altı aydan artıqdır ki, yanacağın həddindən artıq yüksək qiymətləri ilə üzləşirlər.

“SOCAR bu mexanizmin tətbiqini “Esso” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə, eləcə də IP-dən yanacaq tədarük edərək onu öz brendləri altında satan digər operatorlara da genişləndirir”, - qeyd olunub.

Əlavə olunub ki, bu istiqamətdə fəaliyyətinin davamı olaraq, SOCAR 2 oktyabr 2026-cı il tarixində İtaliya üçün strateji əhəmiyyət daşıyan iki sektorun – kənd təsərrüfatı və mühərrikli balıqçılığın dəstəklənməsinə yönəlmiş daha bir təşəbbüs elan edib. Oktyabrın 5-dən 31-dək, müddətin uzadılması imkanı saxlanılmaqla, IP bu iki sektorda artıq xidmət göstərdiyi bütün müştərilər üçün yanacaq qiymətlərinə əhəmiyyətli endirim tətbiq edir. Hər iki sektor milli iqtisadiyyatın əsas dayaqlarından olmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsində, təchizat zəncirlərinin sabitliyinin qorunmasında və İtaliyanın dünya miqyasında yüksək keyfiyyəti ilə tanınan məhsullarının istehsalında mühüm rol oynayır.

Qeyd edək ki, cari ilin yazında SOCAR IP şirkətinin səhm paketinin 99,82 %-inin "API Holding"dən satın alınması prosedurunu yekunlaşdırıb.

Xatırladaq ki, “Italiana Petroli” 1933-cü ildən mobillik və downstream (paylama və satış) sahəsində fəaliyyət göstərir. 1.600 işçisi, 4.500 IP markalı yanacaqdoldurma məntəqəsi şəbəkəsi, iki neftayırma zavodunda təxminən 10 milyon ton emal gücü və bütün ölkə üzrə yayılmış logistika sistemi ilə şirkət bazarda ilk özəl oyunçudur.

Tarix
2026.10.13 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla