Yuxarı

190 ölkənin yer aldığı hesabatda - Azərbaycan...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
190 ölkənin yer aldığı hesabatda - Azərbaycan...

Oktyabrın 25-də Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017" hesabatını açıqlayıb.

Axar.az İqtisadiyyat Nazirliyinin saytına istinadən xəbər verir ki, bu ilki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, "Xarici ticarətin aparılması" göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannəmələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, "Vergilərin ödənilməsi" göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Ölkəmiz "Biznesə başlama" göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), "Xarici ticarətin aparılması" göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, "Doing Business 2017" hesabatının "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.

Bundan başqa, "Əmlakın qeydiyyatı" (22), "Kiçik investorların maraqlarının qorunması" (32), "Vergilərin ödənilməsi" (40), "Müqavilələrin icrasının təmin edilməsi" (44) indikatorları üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq, 190 ölkə arasında ilk 50-likdə qərarlaşıb.

Qeyd edək ki, "Doing Business 2016" hesabatı 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.

Tarix
2016.10.25 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla