Yuxarı

2026-27-ci illər üçün inflyasiya proqnozu açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
2026-27-ci illər üçün inflyasiya proqnozu açıqlandı

Məqsədimiz dəyişməz olaraq qalır: qiymət sabitliyi. Baza proqnozlarımıza əsasən, inflyasiya 2026-cı ilin sonuna 6,1 faiz, 2027-ci ilin sonuna isə 5,8 faiz təşkil edəcək.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində deyib.

O bildirib ki, inflyasiya ortamüddətli dövrdə hədəf diapazonu daxilində gözlənilsə də, təklif amilləri ilə bağlı inflyasiyanın artması riskləri mövcuddur: “Prioritet hədəfi dəyişdirmək deyil, məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaqla faiz dərəcələrinin ötürücülüyünü gücləndirmək və dərinləşdirmək, eyni zamanda, daxili inflyasiya baxımından banklararası faiz dərəcələrini əlavə lövbər kimi istifadə etməkdir. 2022-ci ilin sentyabr ayından etibarən sıfırdan aktiv banklararası pul bazarını formalaşdırmışıq. Banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR bir ildən artıqdır ki, ikinci dərəcəli əməliyyat hədəfi rolunu oynayır. AZIR ilə uçot dərəcəsi arasındakı spred azalıb. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankının birbaşa AZIR-ə istinad edilən dəyişən faizli istiqrazlar buraxması bu göstəricinin etibarlılığına verilən daha güclü dəstəkdir”.

T.Kazımov üç əsas prioriteti diqqətə çatdırıb:

“Faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirmək, AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidinin genişləndirilməsi, o cümlədən gəlirlilik əyrisinin formalaşdırılması vasitəsilə kapital və pul bazarlarını dərinləşdirmək, habelə məlumat analitikası və süni intellektdən istifadə etməklə proqnozlaşdırma imkanlarını təkmilləşdirmək. Mən bura çox vaxt lazımi diqqət yetirilməyən dördüncü prioriteti də əlavə edərdim: kommunikasiya. Etibarlılıq mərkəzi bankın ən dəyərli aktividir”.

Tarix
2026.10.16 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın COP17-yə ev sahibliyi ilə bağlı müraciət

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla