Yuxarı

Azərbaycanda yeni böyük bank yaranacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni böyük bank yaranacaq

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsi və satın alınmasını dəstəkləyir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, maliyyə sektorunun strukturunda iki-üç böyük oyunçu üstünlük təşkil edir. Onun sözlərinə görə, konsolidasiya nəticəsində rəqabətin də artacağı gözlənilir.

Axar.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında bankların birləşərək daha böyük maliyyə qurumlarına çevrilməsini müsbət addım kimi qiymətləndirib.

İqtisadçı bildirib ki, əldə etdiyi məlumata görə, AccessBank və Bank Respublika arasında satınalma və ya birləşmə ilə bağlı danışıqlar aparılır:

“Əlimizdə olan məlumatlara görə, AccessBank-la Bank Respublika arasında satınalma və ya birləşmə ilə bağlı danışıqlar gedir. Yəni ümumi razılıq var. Çox güman ki, gələn ilin əvvəlindən bu banklar birləşəcək və bununla da ölkənin dördüncü ən böyük bankı yaranacaq. Həmin iki bankın aktivlərini də nəzərə alsaq, bunu böyük banka çevrilmə yolunda atılan mühüm addım hesab etmək olar”.

N.Cəfərlinin sözlərinə görə, bankların birləşdirilməsi sadəcə arzu və istəkdən irəli gələn proses deyil, zərurətdən qaynaqlanır. Kiçik banklar rəqabətə davam gətirmək üçün birləşmək barədə danışıqlar aparır, aktivlərini və müştəri bazalarını nəzərə alaraq güclərini birləşdirirlər.

O qeyd edib ki, bu proses dünya ölkələrində də tətbiq olunur və Azərbaycan üçün də normal haldır.

İqtisadçı hesab edir ki, kiçik bankların birləşərək daha böyük banklar yaratması sektor üçün mühüm addımdır. Onun fikrincə, ölkədə böyük bankların sayının artması rəqabət mühitinin güclənməsinə şərait yarada bilər:

“Hazırda ölkənin iki-üç güclü bankı bazarın təxminən 70 faizinə nəzarət edir. Bu isə rəqabət mühiti baxımından ciddi problemlər yaradır”.

Tarix
2026.10.30 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla