Yuxarı

Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatdı

Çin-Azərbaycan əməkdaşlığında müsbət dinamika müşahidə olunur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.

Səfir bildirib ki, qarşılıqlı siyasi etimadın möhkəmlənməsi iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradır:

“Cari ilin yanvar-sentyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çataraq müvafiq dövr üzrə tarixi maksimuma yüksəlib. Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı statusunu qoruyub”.

Lu Mey qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə fəaliyyət daha da genişlənir və konkret məzmun qazanır:

“Bir sıra mühüm əməkdaşlıq layihələri üzrə müsbət nəticələr əldə olunub”.

Diplomatın sözlərinə görə, Çin şirkəti tərəfindən tikilən Cənubi Qafqazın ən böyük külək elektrik stansiyasının inşası uğurla başa çatdırılıb:

“Həmçinin Çinin Azərbaycanda inşa etdiyi 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası vahid enerji sisteminə qoşulub”.

Səfir bu il Prezident İlham Əliyevi sözügedən layihələrlə bağlı mərasimlərdə iki dəfə müşayiət etdiyini vurğulayıb.

O bildirib ki, Çin-Avropa yük qatarlarının Transxəzər marşrutu Orta Dəhlizi mühüm yük axınları ilə təmin edir, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin qorunmasında əhəmiyyətli rol oynayır.

Lu Mey əlavə edib ki, qarşılıqlı vizasız rejim humanitar əlaqələrin genişlənməsi və iki ölkə vətəndaşlarının səfərlərinin artması üçün əlverişli şərait yaradır.

“Azərbaycanda Çin dilinin öyrənilməsinə maraq getdikcə artır. Statistik məlumatlara əsasən, bu dili öyrənənlərin qeydiyyatdan keçmiş sayı artıq 10 mini ötüb”.

Tarix
2026.11.06 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla