Yuxarı

Taleh Kazımovdan manatın məzənnəsi ilə bağlı açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taleh Kazımovdan manatın məzənnəsi ilə bağlı açıqlama

Dövlət borcunun müvafiq fiskal qayda ilə məyyən edilmiş həddən aşağıda saxlanılması növbəti ildə də ölkənin beynəlxalq reytinqlərinə müsbət təsir edəcək. Azərbaycan orta müddətli perpektivdə də dünyada dövlət borcunun ən aşağı olduğu ölkələrdən biri olacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, büdcə paketində manatın sabit məzənnəsinin makroiqtisadi çərçivənin başlıca elementlərindən biri kimi qeyd edilməsi məzənnə ilə bağlı gözləntilərə müsbət təsir göstərəcək:

"Mövcud meyillər davam edərsə hesab edirik ki, fiskal sektorun valyuta təklifi valyuta bazarında tələbin ödənilməsinə kifayət etməlidir. Dövlət xərclərinin konservativ artımı inflyasiya proseslərinin nəzarətdə saxlanılması baxımından da əhəmiyyətlidir. Qiymətləndirmələrimizə görə 2027-ci ildə gözlənilən büdcə xərclərinin inflyasiyaya təsiri cari xərclər üzrə cəmi +0.34 faiz bəndi olacaq. Əsaslı xərclərin təsiri isə neytral qiymətləndirilir. Makroiqtsadi hədəflərə nail olunması üçün fiskal siyasətlə pul siyasətinin effektiv koordinasiyası mühüm əhəmiyyət daşıyır. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də Mərkəzi Bank Maliyyə Nazirliyi ilə valyuta bazarında vəziyyətin tənzimlənməsi və likvidliyin idarə edilməsi sahəsində sıx əməkdaşlığı davam etdirəcək".

Tarix
2026.11.16 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla