Yuxarı

Sanksiya Rusiya ilə yanaşı G8-ə də zərbə vuracaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ayda dünya mediasının əsas xəbər və araşdırma mövzusunun Ukrayna və Krımda baş verən olaylar olduğunu danmaq olmaz. Heç də gizli deyil ki, bütün bu olayların arxasında Rusiya, daha dəqiq desək, RF-in prezidenti Vladimir Putin dayanır.

Proseslərin başlanğıcında hadisələrə soyuqqanlı yanaşan, yalnız tövsiyə xarakterli bəyanatlar verməklə işini bitmiş hesab edən ABŞ və Avropa Birliyi nəhayət ki, Krım hadisələrində yaranan problemin ciddiliyini anladı. Ötən həftə sanksiya tətbiq etməklə bağlı bəyanat verən Konqres bu həftə rəsmən həmin sanksıyanı təsdiq etdi. Beynəlxalq ekspertlər isə hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiya həm də bu ölkələrin özləri üçün müəyyən problemlər yaradacaq.

Taxıl ehtiyacı artıb

Amerika Birləş Ştatlarının taxıl ehtiyacının təxminən 10 faizə qədərini Rusiyadan idxalların hesabına həyata keçirir. Sahibkarlar sanksiyadan sonra ölkənin 4,6 % buğdaya ehtiyacının artdığını açıqlayıb. Hadisələr bu gedişlə davam edərsə, göstərilən faiz dərəcəsinin yüksələcəyi ehtimal olunur.

1,5 milyard avroluq müqavilə ləğv edildi

Fransanın məşhur gəmi istehsal edən şirkətlərindən biri olan DCNS LTD-nin yaydığı rəsmi məlumata görə, Rusiya ilə bağlanmış müqaviləyə əsasən 1,5 milyard avro (təxminən 1,7 milyard manat) dəyərində olan 2 Mistral daşıyıcısının bu ilin sonuna qədər Moskvaya çatdırılması gözlənilirdi. Amma məlum sanksiyalara görə həmin müqavilə dondurulub. Rusiya "Böyük 8"-liyin (G8) istəyinə uyğun hərəkət etməzsə, həmin müqavilənin tamamilə ləğv edilməsi ehtimalı da var.

Birjalarda hər gün azalma müşahidə olunur

"The Wall Street"yazır ki, Putinin Krımın içərilərinə irəliləməsi fond-birjalarındakı qiymətlərə də təsir edir. Xüsusən də son sanksiya qərarının təsdiqi prosesləri daha da sürətləndirdi. Belə ki, müxtəlif fondlarda Rusiyanın ixrac və idxalında geriləmələrin olması ilə bağlı xəbərlər gəlməkdədir. "Micex" fondundan gələn xəbərlərə görə, son bir neçə ildə Rusiyanın Avropaya ixracatında 11% geriləmə olub. Qazprom isə bu rəqəmin 14% olduğunu etiraf edib. Rusiyaya məxsus "Sberbak" fondu isə son 5 gündə geriləmənin 15% həcmində olduğu açıqlayıb. Bu zaman kəsiyində Rus rublu dollara nisbətən 1,3% ucuzlaşıb.

İxracatla yanaşı idxalatda da faiz azalmaları müşahidə olunur. Almaniyanın DAX dondu bu rəqəmin 3,4% olduğunu deyir. Fransanın "Renault" kompaniyası isə son 5 gündə Rusiyaya yatırılan investisiyanın və satışın həcmində 5,4% azaldığı qənaətindədir.

Xatırladaq ki, martın əvvəllərində ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya qoşunlarının Ukraynanın suverenliyini pozmasını pisləyən qətnamə qəbul edib, Ağ Evi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə, dünya liderlərini isə ölkəni G8-dən çıxarmağa çağırıb. Palatanın 402 üzvü dəstəklədiyi qətnamə Rusiyanın yüksək vəzifəli şəxslərinə, dövlət banklarına və digər dövlət orqanlarına qarşı sanksiyaların tətbiq olunması nəzərdə tutulur.

Sözügedən sənədi bundan öncəki həftə ABŞ-ın Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsi də qəbul etmişdi. Lakin komitənin dəstəklədiyi Qətnamə tövsiyə xarakteri daşıyırdı.

Rusiyalı milyarderlər 18,3 milyard itirdi

"Forbes" jurnalının yaydığı məlumata görə, dünyanın 300 milyarderi sırasında 18 nəfər rusiyalı varlı da var. Aralarında həmvətənimiz Vahid Ələkbərovun da olduğu siyahıya 17.3 milyard dollarla Alişer Usmanov başçılıq edir.

"Financial post" isə yazır ki, Ukrayna-Krım hadisələri dünya milyarderlərinə ümumilikdə 44,4 milyard dollar zıyan vurub. Bu rəqəmin 18,3 milyardı Rusiyalı varlılara aiddir. Rusiya mətbuatı isə son bir neçə gündə milyarder Alişer Usmanovun 500 milyon dollardan çox, ukraynalı milyarder Rinat Axmetovun isə fevralın 28-dən bu tərəfə 550 milyon itirdiyini yayıb. Gennadi Timçenko və Leonid Mixelson da var-dövlətinin bir hissəsini itirənlər sırasındadır. Hər iki milyarder birlikdə 3,2 milyard dollar civarında hesab edilir. Məlumatda sanksiyanın daha çox enerji və hərrac bazarında öz təsirini göstərib.

Məşhur Britaniyalı milyarder Natiye Kirş "The street wall"a verdiyi açıqlamada sanksiyanın təsirindən qurtulmaq, böhrandan çıxmaq üçün 5,9 milyard dollar lazım olduğunu qeyd edib.

Tarix
2014.03.15 / 15:47
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla