Yuxarı

Siqareti kimlər bahalaşdırır? - Ekspert rəyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tütün məhsullarındakı qiymət artımının konkret iqtisadi səbəbi yoxdur".

Bu sözləri "Axar.az"a iqtisadçı ekspert Qadir İbrahimli tütün məhsullarının bahalaşma səbəbinə aydınlıq gətirərkən dedi.

Onun sözlərinə görə, aidiyyəti qurumlar bununla bağlı rəsmi izahat irəli sürməyiblər: "Hesab edirəm ki, rəsmi izahat yoxdursa və tütün məhsulları bazarında bahalaşma ilə bağlı iqtisadi hadisə baş verməyibsə, qiymət artımı süni şəkildə həyata keçirilir. Bu siqaret istehsalçılarının, siqaret ticarətçilərinin subyektiv qərarı əsasında olan artımdır. Konkret desək, monopolistlərin diktəsi ilə atılmış bir addımdır. Əgər eyni növdə olan siqaret eyni vaxtda bahalaşırsa, deməli, bunun arxasında hansısa iqtisadi yox, subyektiv amillər dayanır".

İqtisadçı ekspert hesab edir ki, bu amil bazara mənfi təsir edəcək:

"Qiymət artımı bazara təsirsiz ötüşmür. Bu, gözləniləndir. Müəyyən siqaret növləri ola bilər ki, ona təsir etməsin. Ümumilikdə isə siqaret növlərinin qiymətinin qalxması mənfi mənada bazara təsir edəcək".

Q. İbrahimli siqaretin bahalaşmasının alıcılıq qabiliyyətinə təsir etməyəcəyini bildirdi:

"Praktika göstərir ki, siqaretin qiymətinin artması siqaret çəkənlərin sayını azaltmayacaq. Bu, insanın tələbatıdır. Əgər tələbat varsa, onun qiyməti o qədər də önəmli deyil".

Tarix
2014.03.19 / 16:26
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla