Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


SOCAR-ın 5,5 milyardlıq layihəsi batır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARDNŞ-ın törəmə şirkəti olan SOCAR-Türkiyə şirkətinin İzmirin Aliağa bölgəsində tikmək istədiyi "Star" neftayırma zavodu üçün 500 milyon dollar kredit ayırmağa söz verən 2 beynəlxalq təşkilat geri çəkilib.

Türkiyənin "Vətən" qəzetinin yazdığına görə, Azərbaycanın SOCAR şirkəti nəhəng layihəyə xərclənəcək vəsaitin 65 faizini Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankının özəl sektoru kreditlə təmin edən bölməsi Beynəlxalq Maliyyə Fondunun (Export Credit Agencies) hesabına təmin etməyi planlaşdırırdı. Ancaq bu bankların layihədən geri çəkilməsi SOCAR-da təəccüblə qarşılanıb (Xəzərİnfo.Az).

Şirkətin rəhbərliyi 500 milyon dollarlıq itkini kompensasiya etmək üçün Rusiyanın "Sber" bankı vasitəsi ilə Türkiyənin "Deniz" bankı ilə uzunmüddətli razılaşma əldə edib.

"Denizbank"a yaxın olan mənbələrdən verilən məlumatda, layihə ilə əlaqədar 500 milyon dollarlıq kreditin hissə-hissə ödənəcəyi bildirilir. 5,5 milyard dollara başa gələcək bu layihənin 2 milyard dolları şəxsi qaynaqlar, yerdə qalan 3.5 milyard dollarlıq məbləğ isə eximbanklar, beynəlxalq və yerli banklardan əldə olunacaq kreditlərlə təmin olunacaq.

SOCAR Türkiyə şirkətinin rəhbəri Kenan Yavuz "Reuters" açıqlamasında bildirib ki, "Star" neftayırma zavodunun maliyyə xərcləri ilə bağlı "Export Credit Agencies" ilə razılaşma əldə olunmadığı üçün layihədən çıxarılıb. Bunun əvəzində isə eyni şərtlərlə yeni kredit mənbəyi ilə təmin olunublar.

K.Yavuz bildirib ki, AYİB və IFC-nin kredit paketində təxminən 500 milyon dollarlıq fəaliyyət növü göstərilirdi: "3.5 milyard dollarlıq müraciətimizə bu banklardan 5.5 milyard dollarlıq təklif gəlmişdi. Bunun əvəzində isə ticarət banklarının birindən eyni şərtlər daxilində yeni müqavilə bağladıq. Çalışırıq ki, martın 31-nə qədər müqaviləni tamamlayaq, amma bu məsələ aprelin ortalarına qədər uzana bilər. Zavodların tikinti müddəti ilə bağlı heç bir çətinlik olmayacaq. Onsuz da layihənin əsas hissəsini öz vəsaitlərimiz hesabına görürük".

Xatırladaq ki, 2017-ci ilin ortalarında açılışı nəzərdə tutulan və ildə 10 milyon ton xam neft emal gücünə malik olacaq "Star" zavodları Türkiyə iqtisadiyyatı baxımından böyük əhəmiyyət daşıyır. Bu zavodlar tamamlandıqdan sonra Türkiyənin cari borcarının illik 2.5 milyard dollara qədər azalması gözlənilir. Hətta rəsmi Ankara da bu zavodların Türkiyə üçün son dərəcə strateji bir layihə olduğunu və bu layihənin hər hansı bir səbəbdən gecikməyəcəyini bəyan edir. Qeyd olunur ki, enerji strategiyası və sərmayələri baxımından Türkiyənin bu zavodlara ehtiyacı var.

Tarix
2014.03.19 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda bu şəxslərin maaşı artdı

Azərbaycanda bu məhsulların istehsalı artıb

Dünya birjalarında neftin qiyməti

Baş bankirdən devalvasiya ilə bağlı açıqlama - Video

Bayram günü banklar necə işləyəcək – Açıqlama

Pensiya və əmək haqları artacaqmı? – Millət vəkili

"200 manatlıqlar ona görə dövriyyəyə çıxdı ki…"

Dolların bugünkü məzənnəsi

Dünya birjalarında neftin qiyməti

Bu böyük işlərin icrasında onlar rol oynayıb - Prezident

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla