Yuxarı

Əgər OPEK-in son qərarı işləyərsə…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər OPEK-in son qərarı işləyərsə və real olaraq neftin gündəlik hasilatını azaltmaqla onun qiymətlərinin qalxmasına nail olunarsa, bu halda ABŞ öz şist neft hasilatını artırmaq yolu ilə vəziyyəti istədiyi kimi tənzimləyəcək.

Axar.az xəbər verir ki, keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bu qənaətdədir. Ekspert bildirib ki, OPEK-in son iki il ərzində keçirdiyi çoxsaylı toplantılardan sonra hasilatın azaldılmasına dair müsbət qərarın nə qədər səmərə verəcəyi şübhəlidir:

“Hesab edirəm ki, qərar müəyyən qədər işləsə belə, lazım olan nəticənin əldə edilməsi mümkün olmayacaq. Neftin qiymətlərini dünya neft hasilatının 1/3-ni verən bir təşkilat həll etmir. Bu təşkilat ona üzv olmayan başqa neft hasil edən bəzi ölkələri də qəbul etdiyi qərara qoşsa da, neftin qiymətlərində ciddi bir dəyişikliyin baş verəcəyi gözlənilən deyil. Dünya bazarlarında neftin qiymətlərinin qalxmasını yalnız ABŞ-dan asılıdır. Neft qiymətlərinin kökündə Rusiya-Qərb, Rusiya-ABŞ qarşıdurmasından qaynaqlanan siyasi motivlər dayanır. Trampın prezident seçilməsi və onun Rusiya ilə münasibətləri yaxşılaşdırmağa dair bəyanatları da bu vəziyyəti dəyişməyəcək. Çünki ABŞ dövlətinin strateji maraqları var və bu maraqlar prezidentin istəyi ilə üst-üstə düşməyə bilər. Əgər OPEK-in son qərarı işləyərsə və real olaraq neftin gündəlik hasilatını azaltmaqla onun qiymətlərinin qalxmasına nail olunarsa, bu halda ABŞ öz şist neft hasilatını artırmaq yolu ilə vəziyyəti istədiyi kimi tənzimləyəcək. Çünki qiymətlər qalxdıqca şist neftinin hasilatı daha çox sərfəli olacaq”.

Qeyd edək ki, noyabrın 30-da Vyanada OPEK-in Nazirlər Şurasının 171-ci iclası keçirilib. Kartelə daxil olan ölkələr neft hasilatının gündəlik 1,2 milyon barrelə qədər azaldılaraq 32,5 milyona çatdırılması barədə razılığa gəliblər.

Tarix
2016.12.01 / 15:58
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla