Yuxarı

Nazir tarif dəyişikliyinin səbəbini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir tarif dəyişikliyinin səbəbini açıqladı

İqtisadiyyat naziri Şahin Mustafayev bəzi kommunal xidmətlərin qiymətlərin differensiallaşdırılması səbəblərini açıqlayıb.

APA-nın məlumatına görə, Milli Məclisinin bu gün keçirilən plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev millət vəkilləri tərəfindən səslənən təkliflərə münasibət bildirərkən deyib ki, tariflərin differensiallaşdırılması SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır.

"Biz çox yaxşı başa düşürük ki, Tarif Şurasının qərarı çox da populyar qərar deyil. SOCAR-a 1000 kubmetr qaz hasilatı 140 manata başa gəlir. Amma 1000 kubmetr qazı satış qiyməti orta hesabla 90 manat təşkil edir. Faktiki olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu. Dövlət vəsaitləri hesabına vəsaitin ayrılması məsələsi gündəmə gəlmişdi. Qaz hasilatı üçün işlərin görülməsi, təmir işlərinin aparılması, nəqletmə xərclərinə görə tariflərin differensiallaşdırılması zərurəti yarandı. Əhalinin həssas qrupları nəzərə alınaraq tariflərin differensiallaşdırılması qərarı verildi. Qaz istehlakına görə tariflər gələn ilin yanvarın 1-dən tətbiq olunacaq və əhalinin yeni tariflərlə ödəniş etməsi əsasən yay aylarına təsadüf edəcək. Maliyyə naziri Samir Şərifovun da qeyd etdiyi kimi, əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur", - nazir bildirib.

Tarix
2016.12.07 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla