Yuxarı

Əmanətlərin sığorta məbləği 50 min manat ola bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət vətəndaşı əlavə əziyyətdən xilas edə bilər".

Bunu əmanətlərin sığortalanması ilə bağlı "Axar.az"ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi:

"Hesab edirəm ki, tezliklə bu problem həll ediləcək. Çünki artıq Mərkəzi Bank və hökumətdə olan bəzi məmurlar bu məsələni dəfələrlə qaldırıb və çıxış yolu axtarırlar. Digər tərəfdən etiraf etmək lazımdır ki, onsuz da əhali çıxış yolunu tapıb. Böyük məbləğli əmanətləri bir neçə yerə bölüb ailə üzvlərinin adına banklarda yerləşdirir və bununla əmanətlərini sığortalamağa şans qazanırlar. Burda yalnız əmanətçilərin sayında yüksəlmə var. Əgər əmanətlərin sığortalanan hissəsi 50 min və daha çox olsa, bu zaman əmanətçilərin sayında azalma olacaq. Əgər gələcəkdə məbləğ artırılarsa, bu heç bir əlavə dəyişikliyə gətirməyəcək. Sığortalanan əmanətlərin məbləğinin artırılması ilə dövlət vətəndaşı əlavə əziyyətdən xilas edə bilər".

Sığortalanan əmanətlərin məbləğin artırılmasının büdcəyə hər hansı risklər gətirməyəcəyini deyən ekspert bunun Əmanətlərin Sığortalanması Fondu ilə bağlı məsələ olduğunu qeyd etdi: "Bu prosesdə büdcənin iştirakı çox aşağı səviyyədədir. Əsasən banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödəniş edilir. Yəni ki, hər bir bank əmanətin müəyyən qismini fonda ödəməklə gələcəkdə yarana biləcək problemdən özünü sığortalayır".

Xatırladaq ki, yanvarın 1-nə olan statistik məlumatlara görə, Azərbaycan banklarında 6,4 milyard manat əmanət var və bu əmanətin təxminən 4 milyard manatdan artığı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) tərəfindən sığortalanır. Mövcud qaydalara görə, banklara qoyulan pulların AƏSF tərəfindən sığortalanması üçün əmanətin məbləği 30 min manatdan, illik faiz dərəcəsi isə 10%-dən artıq olmamalıdır.

Tarix
2014.03.27 / 16:57
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla