Yuxarı

Daha bir ölkə OPEK-in sazişinə qoşula bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ölkə OPEK-in sazişinə qoşula bilər

Nigeriya tam istehsal həddinə çatdıqdan sonra OPEK-in sazişinə qoşulub gündəlik neft hasilatını 50 min barrel azalda bilər. Bunu Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu bəyan edib.

Axar.az xəbər verir ki, E.İ.Kaçikvunun sözlərinə görə, Nigeriya noyabr ayında hər gün 1,6 milyon barrel neft hasil edib.

Xatırladaq ki, OPEK-in üzvü olmayan ölkələr dekabrın 10-da Vyanada gündəlik neft hasilatının ümumən 558 min barrel, o cümlədən Azərbaycan tərəfindən 35 min barrel azaldılmasını razılaşdırıblar. Bu sazişə Azərbaycanla bərabər daha 10 ölkə – Rusiya, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Ekvatorial Qvineya, Sudan və Cənubi Sudan qoşulublar. Saziş yanvar ayında qüvvəyə minəcək. Gələn ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin müddəti uzadıla bilər. Liviya və Nigeriya istehsalı azaltmaq barədə heç bir öhdəlik qəbul etməyiblər.

OPEK ölkələri isə noyabrın 30-da keçirilən iclasda gündəlik neft hasilatını 1,2 milyon barel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər.

Tarix
2016.12.12 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla