Axar.az
Yuxarı

Axar.Az Logo

ABŞ bütün ümidləri puça çıxardı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətləri neft hasil edən ölkələrin arzuladığı səviyyəyə yalnız ABŞ-ın istədiyi zaman çatacaq.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspertin sözlərinə görə, iki ilə yaxın idi ki, OPEK neftin qiymətlərinin artırılması məqsədilə hasilatı azaltmağa dair qərar qəbul etməyə ciddi cəhd göstərsə də, hər dəfə öncədən əldə edilən razılaşma müəmmalı bir şəkildə pozulurdu:

“Nəhayət ki, noyabrın 30-da OPEK neft hasilatının sutka ərzində 1,2 milyon barrel azaldılmasına dair qərar qəbul edə bildi. Bu qərardan sonrakı 10-12 gün ərzində dünya bazarlarında neftin qiymətləri 7-8 faizə qədər yüksəldi. Çoxları bundan sonra qiymətlərin qalxaraq 60-70 dollar arasında sabitləşəcəyini bildirsə də, bu, əslində, qərarın yaratdığı pisixoloji bir haldır. Çünki ABŞ bütün hallarda neftin qiymətlərinin artmasına yol verməyəcək və bu, baş verdi. Baha dolların neftin qiymətlərinə mənfi təsiri aşkar bir məsələdir. FES OPEK-in bu qərarına cavab olaraq baza faiz dərəcəsini yüksəltdi. Birləşmiş Ştatların Enerji Nazirliyi isə eyni gündə ölkənin neft ehtiyatlarının həcmi barəsində məlumatları dərc edərək bazardakı durumu kökündən dəyişə bildi. ABŞ-ın bir gün ərzində atdığı bu iki addımla dünya bazarlarında neftin qiymətləri 4 faiz ucuzlaşdı. Neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi motivlərlə idarə olunduğunu və OPEK-in hər hansı bir qərarının işləməyəcəyini dəfələrlə bildirmişik. Ona görə də neftin qiymətləri neft hasil edən ölkələrin arzuladığı səviyyəyə yalnız ABŞ-ın istədiyi zaman çatacaq. ABŞ-Rusiya qarşıdurması müstəvisindən baxanda isə bu məsələdə işıq ucu belə görünmür”.

Qeyd edək ki, OPEK-ə üzv ölkələr bundan öncə noyabrın 30-da gündəlik neft hasilatını 1,2 milyon barrel, OPEK üzvü olmayan ölkələr isə dekabrın 10-da Vyanada gündəlik neft hasilatının 600 min barrel azaldılması ilə bağlı razılığa gəliblər.

FES isə bu il üzrə dünən baş tutan sonuncu iclasında uçot dərəcəsini 0,50-0,75% artırıb.

Tarix
2016.12.16 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABB-dən milli paralimpiya komandasına dəstək!

Neft ucuzlaşdı

Ölkəmizdə bu benzinin də qiyməti bahalaşdı

Neft ucuzlaşmaqda davam edir

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artdı

Neftin qiyməti ucuzlaşdı

İordaniyalı biznesmenlərdən Azərbaycana böyük maraq

İsrail və Azərbaycan: dəyirmi masa keçirildi

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Azərbaycanda benzin yenə bahalaşdı - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla