Yuxarı

Almaniyanın böyük şirkətləri Putini dəstəklədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın böyük şirkətlərinin rəhbərliyi Qərbin tətbiqi etdiyi sanksiyalarla üz-üzə qalan Rusiya Prezidenti Vladimir Putini müdafiə ediblər.

"Axar.az"ın Almaniyanın "Die Welt" dərgisinə istinadən xəbərinə görə, alman sahibkarlar qərbliləri uzağı görməməkdə qınayıblar. Məsələn, "Adidas", "Deutsche Post" və "Thyssen Krupp" şrkətləri cəza ölçülərini böyük yanlışlıq adlandırıblar. "Deutsche Post"un rəhbəri Frank Appel bildirib ki, Ukraynadakı münaqişənin baş verəcəyini ehtimal etmək elə də çətin deyildi. Bunu son 2 ilin xronologiyasında görmək mümkün idi.

Öz növbəsində, "Adidas" firmasının baş direktoru Herbert Hayner xatırladıb ki, Putinlə münaqişəyə qədər olan müddətdə təmaslara ehtiyac vardı. Belə olardısa, Ukraynada hakimiyyət dəyişikliyi qarşıdurmasız reallaşardı.

Oxşar fikirlə çıxış edən "Thyssen Krupp" rəhbəri Haynrix Hizinqer qarşıdurmalardan öncə Rusiyanın təklənməsi amilini önə sürüb. Beləliklə, digər şirkət rəhbərləri də sanksiyaları yersiz sayaraq, Rusiya ilə əməkdaşlığı davam etdirəcəklərini dilə gətiriblər.

Tarix
2014.03.30 / 01:04
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla