Yuxarı

Suvorov: ABŞ Reyqan siyasətinə əl atdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovetlər Birliyi bazara çıxarılmış neftin qiymətinin nəzərə çarpacaq şəkildə aşağı düşməsi nəticəsində dağıldı.

"Axar.az" xəbər verir ki, bunu Ukrayna mediasına açıqlamasında keçmiş Sovet kəşfiyyatçısı, tarixçi və yazıçı Viktor Suvorov bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bəzi məqamlarda yanlışlığa yol verib:

"Obamanın Putinə nə dediyini bilmirəm, ancaq bəzi tarixi paralellər aparmaq istərdim. Bilirsiniz ki, son illərində SSRİ olduqca aqressiv siyasət yürüdürdü, Əfqanıstana qoşun yeritdi və özünü əvəzolunmaz fövqəldövlət statusunda gördü. O zaman ABŞ-ın sayca 40-cı prezidenti Ronald Reyqan Ağ evdə müəyyən məsləhətləşmələrdən sonra neftin qiymətinin endirilməsi üçün Səudiyyə Ərəbistanına təzyiqlər etdi. Bunun üçün rəsmi Vaşınqonun əlində tutarlı rıçaqlar da vardı - sözügedən ərəb ölkəsinin aktivləri Amerkada saxlanılırdı, bundan başqa, Səudiyyə Ərəbistanının ABŞ-dan silah asılılığı vardı. Nəticədə neftin hasilatı artırıldı, dünya bazarlarında qara qızılın qiyməti sürətlə aşağı düşdü. Sonra baş verənlər hamımıza məlumdur – SSRİ dağıldı".

Keçmiş kəşfiyyatçı xatırladıb ki, Rusiyanın mövcudluğu neftdən asılıdır və vaxtı ilə Reyqan bu amili çox gözəl bilirdi:

"Hesab edirəm ki, Obama da bu nüansı nəzarətdə saxlayır. Ssenarilər olduqca bir-birinə bənzəyir. Əgər dünya bazarında neftin qiyməti düşərsə, Rusiya köhnə matryoşka kimi dağılacaq".

Suvorov Obamanın neft amilinə əl atacağı məqamında Putinin yanıldığını da dilə gətirib:

"Aydın görünür ki, Ukraynanı zəbt edərkən Putin o amildən çıxış edirdi ki, Obama xarici siyasətdə qərarsızdı və Reyqanın metoduna əl atmayacaq. Amma biz bunun əksini görürük – Reyqan Səudiyyə Ərəbistanı amilindən daha geniş şəkildə yararlanmaqdadır".

Tarix
2014.03.31 / 08:30
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla