Yuxarı

Aİ-98 markalı benzini alan yoxdur – Ekspert rəyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hətta Aİ-95 markali benzindən kiminsə istifadə etməsinə nadir hallarda rast gəlirəm".

Bunu "Axar.az"a Aİ-98 markalı benzinin ucuzlaşması ilə bağlı məsələlərə aydınlıq gətirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi:

"Azərbaycanda Aİ 98 benzinindən istifadə edən çox azdır, demək olar ki, yox səviyyəsindədir. Öz praktikamdan deyə bilərəm ki, təxminən hər həftə yanacaqdoldurma məntəqəsinə gedirəm. Bu vaxta qədər bir dəfə olsun belə görməmişəm ki, kimsə Aİ-98 benzini alsın. Hətta Aİ-95 markali benzindən kiminsə istifadə etməsinə nadir hallarda rast gəlirəm. Ötən il üçün olan statistik məlumatı demək istəyirəm. 2013-cü ildə Dövlət Gömrük Komitəsindən Dövlət Statistika Komitəsinə verilən məlumata görə, həmin il ərzində Azərbaycana Aİ 98 markalı benzin idxal edilməyib. Bu bir daha həmin marka benzinə tələbatın olmadığını göstərir. Çox güman ki, bu il satışa çıxarılan Aİ-98 markalı benzin 2012-ci ildən qalma benzindir".

Ekspert Aİ 98 markalı benzinin yalnız 2008-ci ildən sonrakı illərdə buraxılan avtomobillərdə istifadə edilə biləcəyi ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirdi: "Mənə tez-tez bu barədə suallar verirlər. Hesab edirəm ki, o tamamilə səhv məlumatdır. Hətta maşın 2014-cü il buraxılış olsa belə, bu o demək deyil ki, həmin avtomobildə Aİ-98 markalı benzin istifadə oluna bilər. O benzin ancaq xüsusi mühərrikli maşınlarda istifadə edilə bilər. Çünki Aİ-98 markalı benzinin tərkibində xüsusi ağır elementlər var ki, bu da məhz həmin avtomobillər üçün nəzərdə tutulub. Çünki digər mühərrikli maşınlarda bu benzini istifadə etdikdə həmin mühərrikləri sıradan çıxarır. Bunun nə Avro-4-ə, nə də Avro-5-ə aidiyyəti var".

Ekspert hesab edir ki, Aİ-98 markalı benzinin ucuzlaşması aksiz vergi ilə bağlıdir: "Qiymətin ucuzlaşması aksiz verginin aşağı düşməsi ilə əlaqədardır. Bu isə o deməkdir ki, dövlət bu marka benzinin idxalına görə vergini azaldır".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev hesab edir ki, Aİ-98 markalı benzinin qiymətinin ucuzlaşması digər markalı benzinlərə təsir etməyəcək: "Bildiyimiz kimi, Aİ 98 markalı benzin xaricdən idxal edilir. Amma benzinin başqa markaları ölkədə istehsal edilir və qiyməti Taarif Şurası tərəfindən müəyyən edilir. Bu baxımdan hesab edirəm ki, bu endirim digər markaları ucuzlaşdırmayacaq. Aİ 98 markalı benzin xaricdən idxal edildiyi üçün onun qiyməti həmin ölkələrlə razılaşdırılmalıdır".

Xatırladaq ki, bu gecədən etibarən Aİ-98 markalı benzinin qiymətində ucuzlaşma olub. Xarici ölkələrdən idxal edilən bu benzinin 1 litrinin qiyməti 1,5 manatdan 1,03 manata düşüb. Bu ucuzlaşma digər benzin markalarına şamil edilməyib. Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

Tarix
2014.04.02 / 18:46
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla