Yuxarı

“Şahdəniz” bunu həll etdi, amma... - Qotsiridze

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Gürcüstana kölələrə təqdim edilən razılaşmanı təklif edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Roman Qotsiridze söyləyib.

“Qazı Gürcüstana Azərbaycan tədarük edir. Əvvəllər Rusiya ilə danışıqların davam etdirilməsi üçün belə arqument gətirirdilər ki, guya Tiflisin təbii qaza olan tələbatı tam ödənilmir. Lakin “Şahdəniz” konsorsiumu bu problemi həll etdi və bunu yalnız alqışlamaq lazımdır. Minskdə Tiflislə “Qazprom” arasında keçirilən danışıqlarla bağlı keçənilki şübhələr hələ də qalır”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Gürcüstanın Energetika naziri Kaxa Kaladze “Qazprom” şirkətinin nümayəndələri ilə Minskdə görüşüb. Bu, tərəflər arasında son 1 ay ərzində 3-cü görüş olub. “Qazprom” Gürcüstan ərazisindən keçməklə Ermənistana nəql etdiyi təbii qazın 10 faizi həcmində Gürcüstana “mavi yanacaq” verirdi. Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatıb. Tiflis eyni şərtlərin davam etməsində israrlı idi.

Ötən gün isə tərəflər razılıq əldə edib və Rusiyanın təklifi qəbul edilib. Razılığa əsasən, Rusiya tranzit haqqı olaraq pul ödəyəcək, həmçinin Tiflisə satdığı qazın qiymətində güzəşt edəcək. Qaz Tiflisə 215 dollardan deyil, 185 dollardan satılacaq.

Tarix
2017.01.12 / 09:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla