Yuxarı

4 dolları 4 milyarda çevirən türk - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Forbes" dərgisinin açıqladığı statistikaya əsasən, Türkiyənin ən varlı adamı Krım tatarı Murat Ülkərdir.

"Axar.az"ın məlumatına görə, onun varidatı 3,9 miyard dollar civarındadır və o, dünyada ən varlı adamlar sırasında 396-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə məşhur olan "Ülker" onun "Yıldız Holdinq" adlı şirkətinin brendidir.

Milyarderin atası Sabri Berksan (sonra soyadını dəyişdirərək, Ülkər edib) 1920-ci ildə Krımda anadan olub. Ailəsi ilə birlikdə 1929-cu ildə Türkiyəyə köçüb. Berksan ailəsi köç edən zaman özləri ilə götürdükləri əşyaların ümumi dəyəri cəmi 4 dollar olub. Orta məktəblərdə yüksək qiymətlərlə oxuyan Sabri ali məktəbə daxil olmağa müvəffəq olub.

1944-cu ildə dayısı ilə ilk dəfə şokolad və peçenye istehsalına başlayıb. 2000-ci ildə isə "Yıldız Holdinq"in idarəçiliyini oğlu Murata təhvil verib. Öz ürəkaçıqlığı ilə fərqlənən və daim kimsəsizlərə yardım edən Sabri bəy 2012-ci ildə dünyasını dəyişib.

Hazırda illik mal dövriyyəsi 11,6 miyard dollar olan holdinqə 50 törəmə şirkət daxildir. Bu şirkətdə 30 minə yaxın əməkdaş çalışır.

Tarix
2014.04.07 / 18:37
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla