Yuxarı

Avropa niyə hər şeyi Azərbaycanın üstünə atır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır".

"Axar.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli öz Feysbuk səhifəsinə yazıb.

O, Barrozunun "Cənub axını" ilə bağlı etdiyi çıxışını qəribə məntiq adlandırıb:

"Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin "Cənub axını" layihəsinə münasibəti ilə bağlı sualına cavabında bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə, "Cənub axını" kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər. Avropa Rusiya qazından tədricən imtina edib, alternativ mənbələr hesabına özünün qaza olan tələbatını ödəmək istəyir. Həmin alternativ variantlardan biri də Azərbaycan qazıdır. Alternativ qaz təchizatı Avropaya lazımdırsa, güclərin qeyri-bərabərliyi şəraitində Rusiyanın təzyiqi qarşısında təkbaşına duruş gətirməsini yalnız Azərbaycanın üzərinə atmaq çox qəribə məntiqdir…"

Deputat Avropanın və ABŞ-ın Azərbaycanın Rusiya qarşı tək buraxmamaqla bağlı təminat verməli olduqlarını deyib:

"Fikrimizcə, bu məsələ real vəziyyəti və qüvvələr nisbətini nəzərə almaqla həll edilə bilər. Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır. ABŞ və Avropa "Bakı-Tiflis-Ceyhan" Strateji Neft Kəməri də daxili olmaqla, Türkiyə üzərindən Qərbə yönəldilmiş bütün kəmərlərin etibarlı müdafiə sisteminin qurulmasında fikirdə, sözdə və işdə real nəticəsi görünən fəaliyyətə keçməlidir".

Tarix
2014.04.08 / 15:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla