Yuxarı

Qazaxıstanın iri bankı Azərbaycan bazarına gəlir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanın iri bankı Azərbaycan bazarına gəlir

Qazaxıstanın Avrasiya Bankı ("Eurasian Bank") Azərbaycan bazarına daxil ola bilər.

APA xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Pavel Loginov "Forbes" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, beynəlxalq ekspansiya bankın strategiyasının tərkib hissəsidir:

"Hazırda biz hansısa bir bankla konsolidasiya olunmağı və ya bank almağı planlaşdırmırıq. Lakin səhmdarlarımız bizim qarşımızda mütəmadi olaraq hər hansı bir bankı dəyərləndirmək kimi məqsəd qoyur. Hazırda biz Qazaxıstan və Rusiya bazarlarında təmsil olunuruq. Məqsədimiz Avrasiya məkanında tranzaksiya habına çevrilməkdir. Bundan başqa, əsas məqsədlərimizdən biri də Özbəkistan, Qırğızıstan, Azərbaycan və Gürcüstan bazarlarına daxil olmaqdır. Hələlik hər hansı tarix açıqlaya bilmərəm, bununla bağlı danışmaq tezdir".

Qeyd edək ki, "Avrasiya Bankı" 1994-cü ildə təsis olunub. Bank aktivlərin həcminə görə TOP-10-a daxildir.

Bankın səhmlərinin 100% Avrasiya maliyyə şirkəti ASC-yə məxsusdur.

Tarix
2017.03.14 / 09:38
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla