Yuxarı

Kart ödənişlərinin bank daxilində emalı nəyi dəyişir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kart ödənişlərinin bank daxilində emalı nəyi dəyişir? - Ekspert

Bank kartı ilə edilən hər bir ödənişin arxasında məlumatların emalı, əməliyyatın təsdiqlənməsi, təhlükəsizlik və hesablaşma kimi bir neçə mərhələdən ibarət sistem dayanır. Bu proseslərin bankın öz daxilində idarə edilməsi isə həm texnoloji müstəqillik, həm də yeni məhsulların daha çevik hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə Axar.az-a açıqlamasında ödəniş sistemləri və maliyyə texnologiyaları üzrə mütəxəssis Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, kart əməliyyatlarının emalında üçüncü tərəf sistemlərindən asılılığın azaldılması banklara əməliyyatlara daha çox nəzarət etmək imkanı verir.

L.Məmmədova bildirib ki, xarici məlumat emalı sistemlərindən asılılıq bəzi hallarda yeni məhsulların hazırlanmasını çətinləşdirə, texniki dəyişikliklərin daha uzun vaxt aparmasına və əməliyyatların əlavə mərhələlərdən keçməsinə səbəb ola bilər. Bu səbəbdən kartların buraxılması və nağdsız ödənişlərin qəbulu ilə bağlı proseslərin daha çox bankın öz infrastrukturu üzərindən idarə olunması texnoloji baxımdan mühüm addım hesab olunur.

Leyla Məmmədova qeyd edib ki, aktiv kart və nağdsız ödəniş sistemi işlədiyi halda belə bir keçidin həyata keçirilməsi mürəkkəb prosesdir. Əsas məsələ mövcud xidmətlərdə fasilə yaratmadan yeni sistemə keçidi təmin etməkdir.

Belə infrastruktur bankın kart əməliyyatlarının emalına birbaşa nəzarət etməsinə, əməliyyatların sürətini artırmasına və təhlükəsizlik mexanizmlərini sistemə daha sıx inteqrasiya etməsinə imkan yaradır.

Eyni zamanda real vaxt rejimində risklərin izlənməsi və saxtakarlığa qarşı tədbirlərin birbaşa məlumat emalı sisteminə daxil edilməsi kart əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Mütəxəssisin fikrincə, əsas üstünlüklərdən biri də yeni ödəniş məhsullarının hazırlanması zamanı bankın daha sərbəst hərəkət edə bilməsidir. Üçüncü tərəf sistemlərindən asılılıq azaldıqda texniki dəyişikliklər və yeni xidmətlərin tətbiqi üçün əlavə vasitəçilərlə razılaşdırmaların sayı da azalır. Bu isə bankın bazardakı dəyişikliklərə daha tez reaksiya verməsinə şərait yarada bilər.

Bu istiqamətdə həyata keçirilən layihələrdən biri “Paşa Bank”da kartların buraxılması və nağdsız ödənişlərin qəbulu üzrə məlumat emalı sisteminin bankın öz daxilində idarə olunmasına keçid olub.

Leyla Məmmədova həmin layihənin həyata keçirilməsində iştirak edib və prosesin əsas məqsədlərindən birinin bankın kart əməliyyatları üzərində texnoloji və əməliyyat nəzarətini artırmaq olduğunu bildirib.

Yeni sistem eyni zamanda daha böyük həcmdə kart əməliyyatlarının emalına, hesablaşma proseslərinin optimallaşdırılmasına və gələcəkdə kart istifadəçilərinin və nağdsız ödəniş qəbul edən ticarət obyektlərinin sayının artırılmasına imkan verəcək infrastruktur kimi nəzərdə tutulub.

Leyla Məmmədova əlavə edib ki, kart sistemlərində belə texnoloji qərarlar yalnız mövcud əməliyyatların idarə olunmasına hesablanmamalıdır. İnfrastruktur gələcəkdə istifadəçi və əməliyyat sayının artmasını, yeni ödəniş məhsullarının yaradılmasını və təhlükəsizlik tələblərinin dəyişməsini də qarşılaya bilməlidir.

Bu baxımdan kart əməliyyatlarının bankın öz infrastrukturu daxilində idarə edilməsi təkcə texniki dəyişiklik deyil, gələcək rəqəmsal ödəniş xidmətlərinin inkişafı üçün baza rolunu oynaya bilər.

Tarix
2017.03.14 / 14:28
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla