Yuxarı

Büdcədən 10 minə qədər oğurlamaq olar, artıq yox

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İllərdir nazirliklərin büdcələri əsassız şəkildə o qədər şişib ki, belə məsələlər onlara "xırda" görünür".

Bunu "Axar.az"a hesablama Palatasının araşdırmalarının nəticələrindən narazı qalan qurumların mövqeyini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi. Onun sözlərinə görə, nöqsanların "xırda" və "iri" kimi təsnifatlandırılması doğru deyil:

"Qanunvericiliyə görə 50 manatdan yuxarı verilən hədiyyə artıq korrupsiya faktı sayılır. 7 min manatdan yuxarı mənimsəmələr dövlət büdcəsinə külli miqdarda ziyan vurma maddəsi ilə cinayət işinin başlanmasına əsas verir. Burda digər məsələ vergidən yayınma ilə bağlıdır. Əgər 3 gündən artıq vergidən yayınma olarsa, bu, artıq cinayət işinin açılması üçün zəmin yaradır. İllərdir nazirliklərin büdcələri əsassız şəkildə o qədər şişib ki, onlara belə məsələlər "xırda" görünə bilər. Amma xərclənən büdcə vəsaitinin hər manatının hesabatını vermək sadəcə, onların vəzifə borcudur. Onların fikrindən belə çıxır ki, 10 min manata qədər oğurlamaq olar, amma bundan yuxarı yox. Büdcədən bütün xərcləmələr qanunla həyata keçirilir və qanuna əsasən də Hesablama Palatası vəzifəsini yerinə yetirir. Sadəcə, illərdir Hesablama Palatasında bu səviyyəli məsələlərə fikir vermirdilər, bu da nazirliklərə rahat hərəkət etməyə şərait yaratmışdı. İndi Hesablama Palatasında rəhbərlik dəyişikliyi edildi və bu ola bilsin ki, yeni rəhbərliyin "güc göstəricisi"dir. Amma faktiki olaraq büdcə vəsaitlərinin xərclənməsində problemlər var, bunun "xırdası", "irisi" olmaz və sadəcə, onların hamısı təsbit edilməlidir".

Ekspertin fikrincə, narazı qurumlar qanunun imkan verdiyi çərçivədə öz hüquqlarını qorumalıdırlar:

"Hesablama palatasının araşdırmalarının nəticələrindən narazı qalan qurumlar qanunvericiliyi verdiyi imkanlardan yararlanaraq Hesablama Palatasını məhkəməyə verə bilərlər. Amma mən inanmıram ki, indi hansısa qurum bu addımı atsın".

Balonya bəyannaməsi ilə ziddiyyət

Son zamanlar müxtəlif KİV-lərdə haqqında maliyyə nöqsanlarının mövcudluğu ilə bağlı məlumatlar yer alan Azərbaycan Turizm İnstitutunun (ATİ) Tədris İşləri üzrə Prorektoru Eldar Aslanov bu ittihamları qəbul etmir.

Prorektor "Axar.az"a açıqlamasında ATİ-də Hesablama Palatası tərəfindən heç bir maliyyə nöqsanı aşkar edilmədiyini, amma jurnalistlərin həqiqəti əks etdirməyən informasiyalar yaydıqlarını qeyd edir:

"Hesablama Palatası tərəfindən Azərbaycan Turizm İnstitutunda aşkar etdiyi bir neçə xırda nöqsan həll edilib və bu da yekun aktında özünü göstərib. Bu nöqsanlar nə ilə bağlı olub?! Azərbaycan Balonya bəyannaməsinə qoşulub və bu bəyannamənin tələblərinə uyğun fəaliyyət həyata keçirmişik. Amma Azərbaycanda olan köhnə əsasnamələr var ki, həmin əsasnamələrlə Balonya bəyannaməsi ziddiyyət təşkil edir. Məhz bunlarla bağlı biz izahatlar vermişik. Burda heç bir maliyyə nöqsanından söhbət belə gedə bilməz. Bilirsiniz ki, Azərbaycan Turizm İnstitutu müxtəlif yerli və beynəlxalq layihələr reallaşdırır. Bunun üçün isə müəyyən sayda kompüter, şkaf, stol və stullar alınıb. Sadəcə, bizim təsərrüfat onları diqqətdən yayındırıb uçota almayıb. Məhz Hesablama Palatasının iradından biri bu avadanlıqların uçota alınmaması ilə bağlı idi. Biz də həmin avadanlıqları inventarlar siyahısına əlavə etdik. Bu və bu kimi inzibati xarakterli nöqsanlar aşkar olunub. Hesablama Palatası bizimlə bağlı olan hesabatı Milli Məclisə təqdim edəndə və bizimlə bağlı yazdığı irad və nöqsanları nədənsə jurnalistlər mənimsəmə faktı kimi qələmə veriblər. Hətta rəqəm də söyləyiblər. Biz isə buna etiraz etmişik".

Xatırladaq ki, Hesablama Palatası müxtəlif dövlət və hökumət qurumlarında apardığı araşdırmaların nəticələrini açıqlayıb. Hesabata əsasən 75 audit tədbiri həyata keçirilib, 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edilib, 13 nəzarət obyektində 99 ştat ləğv edilib.

Hesablama Palatasının bu hesabatına əsasən, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Səhiyyə Nazirliyi və başqa bu kimi qurumlarda ciddi nöqsanlar aşkar edilib. Nöqsanların aşkar edildiyi bildirilən qurumların bəzilərində bu, etirazla qarşılanıb və onlar bu nöqsanların "xırda" səhvlər olduğunu qeyd edərək faktların şişirdildiyini qeyd ediblər.

Tarix
2014.05.03 / 08:30
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla