Yuxarı

Kredit borcu olanlara şad xəbər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kredit borcu olanlara şad xəbər

Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Amma məhkəmələr bununla hesablaşmır.

Qaynarinfo.az xəbər verir ki, bu barədə bank və maliyyə məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov Feysbuk səhifəsində yazıb.

O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2 oktyabr 2012-ci il tarixli Qərarında sırf borcun ödənilməsi məsələsi üzrə məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır:

1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;

5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

Ə.Həsənov əlavə edib: "Göründüyü kimi, "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz".

Ekspertin sözlərinə görə, təbii, analoji yanaşma İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati həbslərə də aiddir: "Çünki orada da söhbət məhkəmə aktının üzrsüz icra edilməməsindən gedir. Borclunun imkanı yoxdursa, deməli, üzrlüdür və heç bir məsuliyyətə cəlb oluna bilməz".

Tarix
2017.07.01 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

ABŞ başa düşməlidir: Azərbaycanlılar onu istəmir!

Nəsimi Nəbizadə ilə bağlı bütün suallara aydınlıq gətirildi

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla