Axar.az
Yuxarı

Prezident valyuta ehtiyatlarımızın məbləğini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb.

Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident deyib: “Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir”.

Tarix
2017.07.12 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AMB-nin bu komitələri birləşdirdi

Bu şəxslər üçün ipoteka şərtləri sərtləşdirilməyib - Rəsmi

Təmir işlərinə Kapital Bankla başlayın!

Neft bahalaşdı

“Moody’s” Kapital Bankın reytinqlərini yüksəldib

Neft bahalaşdı

Neft ucuzlaşdı

Moody’s ABB-nin reytinqlərini yüksəltdi

Ukrayna rus neftinin nəqlini dayandırdı

Azərbaycan iqtisadiyyatı 6%-dən çox böyüdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla