Yuxarı

Təbii qazın satış qiyməti düşəcək - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq Energetika Agentliyinin hesablamalarına görə, 2015–2018-ci illərdə təbii qaz bazarında təklif tələbi üstələyəcək".

Bunu Axar.az-a mayın 30-da Türkiyədə "TANAP" və "Şahdəniz 2" layihəsi üzrə imzalanmış razılaşmanı şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi:

"TANAP və TAP layihələrinin hər ikisi Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün hazırlanan layihələrdir. Bu layihələrin gəlirləri "Total" şirkəti maraqlarına xidmət etmədiyi üçün şirkət bundan imtina etdi. Çünki TANAP-ın "Total"ın payına düşəcək qaz həcmi çox kiçik idi. Bildiyimiz kimi, qaz müqavilələri neft müqavilələrinə nisbətən daha riskli və aşağı gəlirlidir. Bu tipli böyük şirkətlər uzunmüddətli strateji araşdırmalar aparırlar. 15-20 il gələcək üçün imkanlar arayırlar. Son illər ABŞ və Kanadada slans qaz inqilabından sonra təbii qaz bazarında müəyyən dəyişikliklər oldu. Son araşdırmalara inansaq, Avstraliyada da slans qaz ehtiyatlarının olmasını da deyə bilərik. Məhz bunları nəzərə alıb tezliklə təbii qaz bazarında həm qiymət, həm də həcm baxımından ciddi dəyişiklik olacaq. Beynəlxalq Energetika Agentliyinin hesablamalarına görə, 2015–2018-ci illərdə təbii qaz bazarında təklif tələbi üstələyəcək. Məhz bunları nəzərə alaraq çox kiçik bir həcmdə – təxminən 10 milyard kub metr olan və gələcəkdə də qiymətinin aşağı düşəcəyi gözlənilən Azərbaycan qazı ilə bağlı "Total"ın verdiyi qərar gözlənilən idi. Dünyanın ilk beşliyində olan bu şirkət sadəcə kommersiya maraqlarına görə bu təklifdən imtina edib".

Ekspert hesab edir ki, Azərbaycanla Türkiyə arasında məlum müqavilənin bağlanması ölkələr arasında bu məsələ ətrafında olan anlaşılmazlığın aradan qalxdığını göstərir:

"Uzun müddət idi ki, Azərbaycanla Türkiyə qazın qiyməti və həcmi ilə bağlı razılığa gələ bilmirdilər. Hətta bu yaxınlarda Türkiyə tərəfinin TANAP-ın fəaliyyətə başlanma tarixinin daha bir il uzatmaq istəməsi ilə bağlı məlumat yayılmışdı. Çox güman ki, artıq həm qazın həcmi, həm də ki, satış qiymətləri ilə bağlı müəyyən razılıq əldə edilib. Bu müqavilə həm rəsmi Ankaranın, həm də Bakının marağına xidmət edir. Türkiyə həm tranzit xərclərinin, həm də qazın satış qiymətinin tənzimlənməsində maraqlı idi və buna da nail oldu. Türkiyə özünü gələcəkdə "enerji mərkəzi"nə çevirmək istəyir. Bu, uzaq gələcəyə hesablanmış siyasətdir. Ankara istəyir ki, həm İran, həm İraq, həm də Azərbaycan qazı üçün mərkəz rolunu oynasın. Azərbaycanın bu müqavilədən qazancı isə çox güman ki, götürə biləcəyi kreditlərlə bağlıdır. Təəssüf ki, bu barədə açıq məlumat verilmir. ARDNŞ-nin 3,6 milyard dollarlıq yeni kredit müqaviləsinin bağlanması onu göstərir ki, qarşı tərəf ARDNŞ-yə sərfəli faizlə, uzunmüddətli kredit verib. Bu kredit müqaviləsində Türkiyə bankları operatorluq edirdilər".

Xatırladaq ki, mayın 30-da İstanbulda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın energetika naziri Natiq Əliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə "Şahdəniz-2" layihəsində Fransanın "Total" şirkətinin hissələrinin Türkiyənin "Türk petrolları" şirkətinə satılması, həmçinin bu ölkənin digər şirkəti BOTAŞ-ın TANAP layihəsindəki iştirak payının artırılmasına həsr olunan tədbir keçirilib. Bununla da Türkiyənin TANAP-dakı payı 30 faizə, "Şahdəniz 2"-dəki payı isə 19%-ə qalxıb.

Tarix
2014.06.02 / 13:57
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla