Albalı Plus istifadəçiləri
üçün səyahət biletləri daha sərfəli oldu.
MasterCard-ın "Yeni yerlər kəşf etmək: qiymətsizdir!"
kampaniyası çərçivəsində iyunun 1-dən avqustun 31-dək "Qatar
Airways" şirkəti ilə Bakıdan olan bütün uçuş biletlərinə (Doha və
Tbilisi istiqaməti xaric) 10% endirim edilir. Biletləri
qatarairways saytından sifariş edə bilərsiniz. "Unibank"ın digər
MasterCard-ları da bu imkandan yararlana bilərlər.
Əzizlərinizə ən gözəl səyahət hədiyyəsi sizdən olsun!
Albalı Plus- MasterCard tipli beynəlxalq kartdır. Dünyanın
istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində,
arzuladığınız məhsul və xidməti əldə edə bilərsiniz. Siz
vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər,
üstəlik "Unibank" bankomatlarında vəsaitinizi komissiyasiz
nağdlaşdıra bilərsiniz. Albalı Plus sizə internet üzərindən sadə və
təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan həmçinin
digər bankların bankomatlarında, POS terminallarında da istifadə
edə bilər.
"Unibank" müştərilərinin ehtiyac və arzularını bir məhsulda -
Albalı Plus kartında birləşdirib. Artıq "Unibank" müştərisi cəmi 1
karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə
bilər. Albalı Plus beynəlxaq kart olmaqla yanaşı, dörd bank
məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit
kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir.
Albalı Plus- çox-çox sərfəli taksit kartıdır. Bu kartla siz
1.000-dən artıq ticarət və xidmət mərkəzlərində, onlayn ödəniş və
alış-veriş saytlarında istədiyiniz məhsul və xidməti sərfəli
şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə
bilərsiniz.
Albalı Plus həm də güzəştli dövrü olan kredit kartıdır. Təcili
pul lazım olduqda, siz sərfəli şərtlərlə 10 000 manatadək kredit
xətti açdıra bilərsiniz. Hansı ölkədə olmasından asılı olmayaraq,
müştəri "Unibank"dakı kredit xəttindən istifadə edə bilər. Kartın
və kredit xəttinin istifadə müddəti 60 aydır. Müştəri növbəti ayın
10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz
hesablanmır, nəticədə müştəri 40 günə qədər faizsiz güzəşt
dövründən yararlanmaq imkanına sahib olur.
ALBALI PLUS çox sərfəli DEPOZİT KARTIDIR. Sizin karta qoyduğunuz
depozit vəsaitinin hər günü üçün üzərinə faiz hesablanır. Cibinizdə
saxladığınız pulu Albalı Plus-a yatırın ki, vəsaitiniz hər gün bir
qədər də artsın. Müştərinin Bankda olan kredit reytinqindən asılı
olaraq, onun kartındakı öz vəsaitinə illik 6%-dək depozit faizi
hesablanır.
Albalı Plus kartı olan müştəri "Unibank"da özünə kredit
tarixçəsi yaratmaq imkanı əldə etməklə gələcəkdə digər bank
məhsullarından güzəştli istifadə edə biləcək.
18-70 yaş arası Azərbaycan vətəndaşları Albalı Plus kartının
imkanlarından yararlana bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından
(www.unibank.az) və yaxud "Unibank" feysbuk səhifəsindən əldə etmək
olar.
Albalı Plus - arzuları reallaşdıran kart.
"Unibank" – hər kəsin bankı.